23 Apr. 2014

Rabitəbank yeni Xırdalan filialını istifadəyə verdi


«Rabitabank ASC» öz filial şəbəkəsini genişləndirdi.
Belə ki, 17 aprel tarixində «Rabitabank ASC» -ın Xirdalan filialı əhalinin xidmətinə verildi.
Xırdalan şəhəri, Qalübiyyə  küçəsində yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Əlaqə nömrələri: 342 47 62/342 47 63/342 46 63
Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, plastik kartlar və sair xidmətlər təklif edir.
 Filialların interyeri rahat və geniş üslubda tərtib edilmişdir.
Hazırda «Rabitabank ASC» -ın 21 filial və 2 şöbə fəaliyyət göstərir. Onlardan 7 –si Bakı şəhərində,16 -u  isə Xırdalan,,Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.
Bunuda qeyd edək ki,Yeni filialın açılışı münasibətilə «Rabitabank ASC»  möhtəşəm kampaniya keçirdir. May ayında Xırdalan filialından hər kredit alan müştəriyə 5% endirim. Kampaniya 1 iyun 2014 ilədək davam edir.  Bütün müştərilər bu kampaniyadan faydalana bilər.
1993-cü ildə fəaliyyətə başlayan «Rabitabank ASC», tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.
Fəaliyyət göstərdiyi 20 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 21 filialdan ibarət filial şəbəkəsini yaradıb. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.



Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili