30 Apr. 2014

Rabitəbank yeni Masallı filialını istifadəyə verdi

22 aprel tarixində «Rabitabank ASC» -ın Masallı filialı əhalinin xidmətinə verildi.
Masallı şəhəri, H.Əliyev prospektində  yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.
Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, və plastik kartlar xidmətlərini təklif edir.
Müasir standartlara cavab verən filialın interyeri rahat və geniş üslubda tərtib edilmişdir.
Hazırda «Rabitabank ASC» -ın 22 filialı və 2 şöbə fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.
Bunuda qeyd edək ki, Filialın açılışı münasibətilə «Rabitabank ASC»  möhtəşəm kampaniya keçirir. May ayında Masallı filialından hər kredit alan müştəriyyə mobil telefon hədiyyə verilir. Kampaniya 1 iyun 2014 ilədək davam edəcək.  Bütün müştərilər bu kampaniyadan faydalana bilər.
1993-cü ildə fəaliyyətə başlayan «Rabitabank ASC», tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.
Fəaliyyət göstərdiyi 21 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan ibarət filial şəbəkəsini yaradıb. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili