27 Okt. 2014

Rabitəbank ASC-nin yeni İdarə Heyətinin Sədri təyin olundu.

 24 oktyabr 2014-cü il tarixində Rabitəbank ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir. Digər məsələlərlə yanaşı yığıncağda Rabitəbank ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə ElçinQədimov təyin olunmuşdur.
Elçin Qədimov 2006-cı ildən Rabitəbank ASC-də İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya bankında İdarə Heyətinin Sədr müavini, Azərbaycan Beynəlxalq Bankı və Əmanət Bankında müxtəlif vəzifələrdə çalışıb. Elçin Qədimov Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit  fakultəsini bakalavr və magistr dərəcəsi və ABŞ-da MBA dərəcəsi üzrə təhsil alıb.
"Rabitəbank" 1993-cü ildən fəaliyyət göstərir. 30 sentyabr tarixinə "Rabitəbank"ın aktivləri 261 milyon manat, məcmu kapitalı 55 milyon manat və vergilərdən əvvəl mənfəəti 3,3 manat təşkil edib. Bankın xidmət şəbəkəsi 22 filial və 2 şöbədən ibarət olaraq Bakı şəhəri və 16 reqionu əhatə edir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili