25 Noy. 2014

Rabitəbank kreditlərini eManat terminallarında ödəyin.

Rabitəbank ilə Modenis MMC şirkəti arasında 29 oktyabr 2014-cü il tarixində imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Rabitəbank-da kredit, cari və ya kart hesabı olan fiziki şəxslər öz hesablarını eManat terminalları vasitəsilə ödəyə və artıra bilərlər.
Məlumat üçün bildiririk ki, hazırda Modenis MMC-nin Bakı şəhəri və bölgələrdə quraşdırdığı 1500-dən artıq eManat ödəmə terminalları vasitəsilə əhali kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri həyata keçirmək imkanına malikdirlər.
Hesabı artırmaq Siz Şəxsiyyət vəsiqəsinin  seriya nömrəsini və doğum tarixinizi daxil etməlisiniz. eManat vasitəsilə minimal ödəniş 1 manat, maksimal mədaxil isə 2 000 manat kimi təyin edilib.
Ən əsas məqam ondan ibarətdir ki, mədaxil edilmiş vəsaitin valyutası açılmış hesabın valyutası ilə fərqlənirsə, bu zaman məbləğ hesabın valyutasına konvertasiya edilərək hesabda əks olunur. Əgər əməliyyat bankın əməliyyat saatları bitdikdən sonra həyata keçirilmişsə (yani saat 17:00-dan sonra), vəsait növbəti əməliyyat günü hesaba yatırılır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili