01 Dek. 2014

Rabitəbankdan “Check-in sizdən, hədiyyə bizdən” kampaniyası.

Müasir texnologiyaların inkişafı dövründə Rabitəbank öz aktivliyi ilə seçilərək, müştərilərinə hər zaman yaxın olmağa çalışır. Hal-hazırda ölkənin ən məhşur Facebook və Instagram sosial şəbəkələrində müştərilərinə xidmət göstərən Rabitəbank yeni “Check-in sizdən, hədiyyə bizdən” adlı sosial aktivlik yönümlü kampaniya təqdim edir.

 1 dekabr 2014-cü il tarixindən etibarən Rabitəbank filiallarında olduğunu Facebook sosial şəbəkəsində check-in funskiyası köməyilə qeyd edən müştərilərə xüsusi hədiyyələr təqdim olunacaq. İstifadəçilərin qeyd olunmasını sürətləndirmək məqsədi ilə konseptual poster üzərində QR-kod və NFC-çip yerləşdirilib. Bu alətlər köməyilə istifadəçi sadəcə 2-3 saniyə ərzində əməliyyatı həyata keçirə biləcək.

 1993-cü ildə əsası qoyulmuş Rabitəbank hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir. Bankın müştəriləri istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, ticarət, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələr və fərdi sahibkarlar, həmçinin ölkə əhalisidir. Bank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə edir


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili