03 Mart 2015

Rabitəbank ASC depozitlər üzrə faiz dərəcələrini 13%-a qədərartırdı.

Rabitəbank  ASC  02.03.2015 –ci il tarixindən əmanətlərinin faiz dərəcələrini 13% - dək artırdı.
2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13%, ABŞ dollarında olan depozitlərdə 12% -dək artırılmışdır. 1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5%, ABŞ dollarında olan depozitlərdə 11,5% təşkil etmişdir.
Müştərilər Rabitəbankda depozitləri 3, 6, 12 və 24ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər.
Depozit yerləşdirən hər bir müştəri faizlarin əldə olunması üçün pulsuz plastik kartı ala bilər. Müştəriyə vəsait lazım olduqda depozit müştərilər aşağı faizlə kredit xəttlərindən istifadə edə bilərlər.
1993-cü ildə fəaliyyətə başlayan «Rabitabank ASC», tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.
Hazırda «Rabitabank ASC» -ın 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.
28.02.2015 –ci il tarixinə bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 6.7% artaraq 325 milyon AZN, müştərilərə verilən kreditlər 3% artaraq 229 milyon AZN, depozitlər 6.4% artaraq 225 milyon AZN və kapital 1.1% artaraq 59 milyon AZN təşkil etmişdir.                           
Depozitlər üzrə ətraflı məlumatı Rabitəbankın rəsmi saytından www.rabitabank.com  və 133 nömrəsinə zəng edərəkəldə edə bilərsiniz.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili