19 İyun 2015

Rabitəbank-ın Əmanətləri ilə Pulunuz Pul Gətirəcək!

Rabitəbank ASC müştəriləri üçün təqdim etdiyi geniş əmanət növləri ilə onların rahat və səmərəli şəkildə pul yığmalarına şərait yaradır.

Əmanətlərin Sığortalanaması Fondunun üzvlərindən biri olan Rabitəbank hal-hazırda hər kəsin tələb və istəyinə uyğun olaraq aşağıdakı 4 növ əmanət məhsullarını təqdim edir: universal, universal plus, uşaq yığım əmanəti və Kartmane.

Universal əmanət istifadəçilərinə şərtləri sərbəst şəkildə seçmək imkanı təqdim edir, belə ki, seçim imkanından asılı olaraq müştərilər faiz və və müddəti özləri müəyyən edirlər. AZN, USD və Euro valyutasında təqdim edilən universal depozitin açılması üçün minimal məbləğ 200 AZN/USD və 500 Euro-dur.   

AZN valyutasında təqdim edilən Universal Plus əmanəti vasitəsilə müştərilər illik olaraq 12%-dək gəlir əldə edə biləcəklər. Rüblük və müddətin sonunda ödənilə biləcək faizlər müddətdən asılı olaraq dəyişə bilər.

Uşaq Yığım Əmanəti ilə valideynlər öz övladlarının gələcəklərini təmin edə, onların təhsili və həyatlarının digər önəmli anları üçün indidən pul yığa bilərlər. 18 yaşına qədər uşaqlar üçün şamil olunan bu əmanət növü valideyn və ya qohumlar tərəfindən AZN və USD valyutasında rəsmiləşdirilə bilər. Depozit üçün tələb olunan minimal məbləğ 200 AZN/USD, maksimal müddət isə 16 ilədəkdir.

Pul yığmaq üçün ideal vasitə olan Kartmane depozit kartı ilə müştərilər depozitlərini özündən ayırmadan müxtəlif növ kart əməliyyatlarını həyata keçirə bilərlər. Hər kəsin arzu və tələbinə cavab verən Kartmane vasitəsilə istənilən an pulun heç bir komisyon haqqı tutulmadan kartdan çıxarılması və dünyanın bir çox ölkəsində ödənişlər zamanı istifadə etmək imkanı mövcuddur. Minimal məbləğ 100 AZN/USD ilə xidmətə qoşularaq istifadəçilərə ödənişsiz olaraq 1 və ya 2 illik Visa Elektron kartı təqdim olunur.

2007-ci ildən etibarən Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Rabitəbank ASC-də  12%-dək və 30.000 AZN məbləğinə qədər yerləşdirilmiş bütün əmanətlər sığortalanır.

 

Rabitəbank ASC-nin təqdim etdiyi əmanət məhsulları və faiz dərəcələrinə dair daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili