30 İyun 2015

Rabitəbank ASC fəaliyyətinin 22-ci illiyini qeyd edir!

 30 iyun 1993-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlayan Rabitəbank ASC bu gün fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.   

22 il ərzində Bank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən xidmət keyfiyyətini mütəmadi olaraq inkişaf etdirmiş, onların məmnuniyyəti və etibarını qazanmağa nail olmuşdur. Təsadüfi deyildir ki, Rabitəbank 2010-cu ildə Standard and Poor's şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri olaraq seçilmişdir.

Kiçik və orta biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqda olan Rabitəbank ASC bu illər ərzində yerli və beynəlxalq səviyyədə müxtəlif maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş, EBRD, İFC, WBC, İslam İnkişaf Bankı və digər investisiya şirkətləri ilə uzunmüddətli müqavilələr imzalamışdır.

Hal-hazırda Rabitəbank ASC, 641 nəfərdən ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 2 şöbə və 22 filial vasitəsilə kiçik və orta biznesin inkişafına öz töhvəsini verməklə yanaşı, eləcə də müştərilərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. Bank bu illər ərzində, işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə professionalı öz ətrafında birləşdirməyə də müvəffəq olmuşdur.

1993-cü ildən etibarən bu günə qədər 22 il ərzində Rabitəbank bir çox uğurlara imza atmış, əhatə dairəsini və müştəri bazasını ildən-ilə genişləndirmişdir. 1 İyun 2015-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən Bank aktivlərini 340 milyon AZN-ə, kredit portfelini 224 milyon AZN-ə, kapitalını 63 milyon AZN-ə, depozitlərini isə 239 milyon AZN-ə  qədər çatdırmışdır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili