16 Sent. 2015

Rabitəbank ASC www.kartmane.az saytını təqdim etdi

Azərbaycanın ilk özəl banklarından biri olaraq fəaliyyət göstərməkdə davam edən, müştəri rahatlığı və məmnunluğuna xüsusi önəm və dəyər verən Rabitəbank ASC, Kartmane – deposit kartının saytını http://kartmane.az/ müştərilərinin istifadəsinə təqdim etdi.

Rahat interfeysə malik olan və istifadə baxımından tam müştəri yönümlü olaraq hazırlanmış bu sayt vasitəsilə hər bir kəs Kartmane haqqında onları maraqlandıra biləcək istənilən suala cavab tapmaqla yanaşı, kartın onlayn sifarişini həyata keçirtmək imkanından da faylana biləcəklər.

Saytda həmçinin onlayn konsultasiya və zəng sifarişi xidməti mövcuddur ki, ondan istifadə etməklə müştərilər birbaşa olaraq Rabitəbank-ın məsul əməkdaşlarından kart və bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, pul yığmaq üçün ideal vasitə olan Kartmane depozit kartı ilə müştərilər depozitlərini özündən ayırmadan müxtəlif növ kart əməliyyatlarını həyata keçirə bilərlər. Hər kəsin arzu və tələbinə cavab verən Kartmane vasitəsilə istənilən an pulun heç bir komisyon haqqı tutulmadan kartdan çıxarılması və dünyanın bir çox ölkəsində ödənişlər zamanı istifadə etmək imkanı mövcuddur.

 

Minimal məbləğ 100 AZN/USD ilə xidmətə qoşularaq istifadəçilərə ödənişsiz olaraq 1 və ya 2 illik Visa Elektron kartı təqdim olunur. AZN valyutasında  açılmış kartlar üzrə illik gəlirlik 14%, USD hesabı ilə açılmış kartlarda isə 9% təşkil edir.   


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili