21 Dek. 2016

Rabitəbank ASC ipoteka kreditlərini çox sərfəli şərtlər ilə təklif edir!

Müştəri məmnuniyyəti və rahatlığını daim üstün tutan Rabitəbank ASC Azərbaycan İpoteka Fondunun xətti ilə müştərilərinə daha sərfəli və rahat şərtləri ilə ipoteka kreditini təklif edir!

Rabitəbankda verilən ipoteka krediti bu günki gündə əhalinin tələbat və ehtiyaclarının maksimal dərəcədə ödənilməsi üçün yaranmaşdır.

Rabitəbankda verilən ipoteka krediti, ilkin ödəniş  adi ipoteka krediti üçün  25%, güzəştli ipoteka krediti üçün - 15% tələb olunur,  illik faiz dərəcəsi adi ipoteka krediti üçün 8%, güzəştli ipoteka krediti üçün isə 4% təşkil edərək, 30 il müddətinə verilir. İpoteka kreditin maksimal məbləği 10 000 azn təşkil edir.

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir. 

Maraqlanan şəxslər ipoteka krediti haqqında daha ətraflı məlumatı əldə etmək üçün Rabitəbankın istənilən filialından, www.rabitabank.com rəsmi səhifəsindən və ya 133 nömrəli məlumat mərkəzinə müraciət etməklə əldə edə bilərlər.  


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili