18 Mart 2016

Rabitəbank ASC bayram günlərində əhaliyə xidmət göstərəcək.

Rabitəbank ASC Azərbaycan xalqını Novruz  bayramı münasibəti ilə təbrik edir! Müştərilərin tələbatını təmin etmək məqsədilə bank Novruz bayramı günlərində də müştərilərinə xidmət  göstərməyə davam edəcək.

Belə ki, Martın 22 - si Rabitəbankın  Baş ofisi, Sahil, Nizami,Yasamal filialları saat 09.00-dan 13.30-dək müştərilərin xidmətindədir.

Rabitəbankın bayram günlərində əhaliyə xidmət göstərən filialların ünvanları:   

Baş ofis - Bakı şəhəri,28 may küç. 33, ( Dəmir Yol QSC yaxınlığı), Tel.: (+99412) 598-44-88

Sahil filialı -  Bakı şəhəri, Ə. Rəcəbli küç. 3, ( Nərimanov metrosunun yanı), Tel.: (+99412) 465-59-35

Nizami filialı – Bakı şəhəri, Sarayevo küç. 26 C Tel.: (+99412) 570-72-13 / 570-73-47

Yasamal filialı – Bakı şəhəri, Şərifzadə küç.31/48 Tel.: (+99412) 434-59-54/ 433-26-68

Müştərilər kredit ödənişləri, pul köçürmələri, kommunal ödənişləri,  mobil, rabitə  və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, və plastik kartlar ilə bağlı əməliyatlarını həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda «Rabitabank ASC» Baş ofis, 22 filial və 1 şöbə ilə fəaliyyət göstərir. Onlardan 8 – si Bakı şəhərində,16-sı  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili