01 Apr. 2016

Rabitəbank-ın keçirdiyi “My Azerbaijan” Layihəsinin İlk qalibi müəyyənləşdi.

04 Mart  tarixində Rabitəbank ASC və “My Azerbaijan”  layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanovla birgə «Səyahət Sizdən, Xəzinə Bizdən» layihəsinin əməkdaşlığına başlamışdır. Layihə çərçivəsində Orxan Aslanov və onun ekstrimal komandası yola düşərək Azərbaycanın bölgələrində xəzinə gizlədirdilər.

İştirakçılar Rabitəbank-ın və Orxan Aslanovun şəxsi Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərməlidilər.

İlk xəzinə Qusar rayonunun Laza kəndində Suvar pansionatının yaxınlığında gizlədilmişdir. Qeyd edək ki, artıq ilk xəzinəni qazanan qalib müəyyənləşib və bu Qusar rayonunun 43 yaşlı sakini Mövlud Əzizovdur.

Rabitəbank qalibə layihədə iştirak etdiyi üçün təşəkkürünü bildirmiş və 200 AZN məbləğində “Kartmane” plastik kartını təqdim etmişdir.

Digər iştirakçıları isə məyus olmamağa çağırırıq, çünki layihə davam edir və onlar hələ də qalib gəlmək şanslarını itirməyiblər. 

Növbəti xəzinənin yerini öyrənmək üçün Rabitəbank- ın və Orxan Aslanovun facebook səhifələrini izləyin!

Bütün iştirakçılara uğurlar arzulayırıq!


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili