21 Apr. 2016

Rabitəbank ASC manatla olan əmanət faizlərini 14 faizədək artırdı.

Rabitəbank ASC manatda  olan  əmanət  faizlərini artıraraq müştərilər üçün  rahat və səmərəli şəkildə pul yığmalarına şərait yaradır. 

Əmanətlərin Sığortalanması Fondunun üzvü  olan Rabitəbank  hal-hazırda  “Universal” və “Universal Plus” depozit növlərində yüksək faiz şərtlərini tədbiq edərək, qisa müddət ərzində müştərilərin vəsaitlərini daha çox artırmaq imkanı verir. 

İndi manat üzrə əmanət yerləşdirən müştərilər  3 aya illik 10% , 6 aya -12%, 1 ilə 13% , 2 – iki ilə isə 14%  gəlir əldə edə bilərlər. 

Qeyd edək ki, Universal əmanətdə  seçim imkanından asılı olaraq müştərilər faiz və müddəti özləri müəyyən edirlər. AZN, USD və Euro valyutasında təqdim edilən universal depozitin açılması üçün minimal məbləğ 200 AZN/USD və 500 Euro-dur.   

İstənilən şəxslər  Rabitəbank ASC istənilən  şöbə və filialında əmanət hesabı açdıra bilərlər. 

Hal- hazırda, Rabitəbank müştərilərinə  4 növ əmanət məhsullarını təqdim edir: universal, universal plus, uşaq yığım əmanəti və Kartmane.

Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

Əmanət və digər məhsullar haqqında daha ətraflı məlumatı əldə etmək üçün  Rabitəbankın  133  məlumat mərkəzi ilə əlaqə saxlamaqla və ya www.rabitabank.com  saytından əldə edə  bilərlər.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili