27 May 2016

Rabitəbank ASC Visa Gold kart sahiblərini sevindirəcək!

Rabitəbank ASC -nin  Visa Gold plastik kart istifadəçiləri 30 aprel – 31 iyul 2016-cı il  tarixinədək keçirilən “Arzularınızın səyahətini qazanın”  adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər!

Belə ki, stimullaşdırıcı lotereyada iştirak etməklə Siz  hər biri 6350 AZN  olmaqla  6 səyahət vauçeri və Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsində hər biri 50 AZN olan 120 vauçerdən  birini əldə etmək şansını qazanacaqsınız.

Lotereyaya qoşulmaq isə çox asandır: Visa Gold bank kartları ilə  Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilirsiniz.

Bunun üçün sadəcə POS-terminal vasitəsi ilə etdiyiniz  ödənişin qəbzini özünüzdə saxlayır və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edirsiniz.

Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.

http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium-rules-az.PDF

Xatırladaq ki, Rabitəbankın Visa Gold kart sahibləri Mobil/İnternet-Bankçılıq və Pin-Dəyişmə xidmətlərindən pulsuz yararlana bilərlər.

Visa Gold  bank kartına minimal mədaxil etdikdə, kart müştəriyə pulsuz təqdim olunur. 

Rabitəbankın plastik kartlar haqqında ətraflı məlumatı aşağıda göstərilən linkdən əldə edə bilərsiniz.

http://www.rabitabank.com/az/private_clients/plastic_cards/Visa_Gold 

Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si  isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

Rabitəbank bütün müştərilərinə uğurlar arzulayır!


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili