13 İyun 2016

Rabitəbank ASC 10 - 21 iyun tarixlərində müştərilərə həftənin 7 günü 09:00 – 21:00 xidmət göstərəcək!

Müştəri məmnuniyyətini daim üstün tutan Rabitəbank ASC, Bakı şəhərinin sakinlərini və qonaqlarını şənbə və bazar günləri də daxil olmaqla  günün 12 saatı ərzində bank xidmətləri ilə, 3 mərkəz filialı vasitəsi ilə təmin edəcəkdir. 

Beləki,  iyunun10-21-dək Bakıda "Formula-1" Avropa Qran-Prisinin keçirilməsi ilə əlaqədar Rabitəbank-ın şəhərin mərkəzində yerləşən Baş ofis, Mərkəz və Nəsimi filialları müştərilərə saat 9:00 – 21:00 dək (şənbəvə bazar günləri də daxil olmaqla) xidmət etməkdə davam edəcək. Həmin gün müştərilər hesablar üzrə əməliyyatların aparılması, kredit borcunun ödənilməsi, plastic kartların sifarişi, sürətli pul köçürmələri, valyuta dəyişmə, communal ödənişlər və digər bu tipli əməliyyatları həyata keçirə bilərlər. Eləcədə şəhərin qonaqları xaricı valyuta ilə mübadilə əməliyyatlarını bankım fililallarında həyata keçirə bilərlər.

Rabitəbank-ın 10-21 iyun tarixlərində əhaliyə saat 9:00 – 21:00 dək xidmət göstərən filialların ünvanları:

Baş ofis - Bakı şəhəri,28 may küç. 33, ( Dəmir Yol QSC yaxınlığı), Tel.: (+99412) 598-44-88

Mərkəzi filial( İran səfirliyi ilə üzbəüz) -Bakı şəhəri, B.Sərdarov küç., 1 Tel.: (+99412) 492-61-57 / 492-57-61 Faks.: (+99412) 492-61-48

Nəsimi filialı( ABŞ səfirliyindən aşağıda) Bakı şəhəri, Azadlıq pr. 82 Tel.: (+99412) 441-41-81     

Qeyd edək ki, hazırda «Rabitabank ASC» Baş ofis, 22 filial və 1 şöbə ilə fəaliyyət göstərir. Onlardan 8 – i Bakı şəhərində, 16-sı isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili