24 May 2016

Rabitəbank ASC-nin əməkdaşları Gəncə, Şəmkir və Ağcabədi rayonlarında marketinq tədbirlərini həyata keçirirlər.

Rabitəbank-ın əməkdaşları  24, 25 və 26 may  tarixlərində Gəncə, Şəmkir və Ağcabədi filiallarında SKMF kreditləri üzrə  satışların artırılması və stimullaşdırılması məqsədilə marketinq tədbirləri həyata keçirmişdilər.Tədbirin məqsədi Gəncə, Şəmkir və Ağcabədi rayonlarının kiçik və orta biznes sahibkarları, kənd təsərrüfatı məhsullarının istehsalçıları, eləcədə  kənd təsərrüfatı sahəsində çalışan və öz biznesin qurulmasında və  inkişafında  maraqlı olan şəxslərlə görüşərək  Rabitəbank-ın SKMF kreditinin biznesin inkişafında əhəmiyyətli rol oynaya biləcəyi barədə ətraflı məlumat verməkdən ibarətdir. Tədbir zamanı Rabitəbank-ın peşəkar əməkdaşları yaranmış sualları cavablandıraraq biznesin qurulması və  inkişafı yolları haqqında məsləhətləri ilə bölüşdülər.

 

Müştəri yönümlü bank olaraq Rabitəbank mikro, kiçik və orta biznesə və peşəkarlara münasib və şəffaf məhsullar təqdim etməkdə və keyfiyyətli xidmət göstərməkdədir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili