30 İyun 2016

Rabitəbank ASC fəaliyyətinin 23 illiyini qeyd edir!

Müstəqil Azərbaycanın ilk banklarından biri kimi 1993-cü ildən etibarən fəaliyyətə başlayan Rabitəbank  ASC 30 iyun tarixində 23 illiyini qeyd edir. 

Bu illər  ərzində Rabitəbank ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən yüksək  xidmət keyfiyyətini ildən ilə inkişaf etdirmiş, onların məmnuniyyətini və etibarını qazanmağa nail olmuşdur. Təsadüfi deyildir ki, Rabitəbank 2010-cu ildə Standard and Poor's şirkəti tərəfindən Azərbaycanın 5 ən şəffaf banklarından biri olaraq seçilmişdir və davamlı olaraq ölkənin bu sahədə qabağcıl yerlər tutmuşdur.

Artıq 23 ildir ki, Rabitəbank  filial şəbəkəsi vasitəsilə əhaliyə kiçik və  orta  biznesə geniş çeşidli xidmətlər təklif etməkdə davam edir. Biznesin əsas tərəfdaşı kimi öz mövqeyini qoruyub saxlamaqla yanaşı  yerli və beynəlxalq səviyyədə müxtəlif  maliyyə qurumları ilə uğurlu əməkdaşlıq əlaqələri qurmuş və hal-hazırda uğurla davam etdirməkdədir. Bu illər ərzində işində yüksək peşəkarlıq, sadiqlik və komanda ruhu nümayiş etdirən yüzlərlə professionalı öz ətrafında birləşdirməyə də müvəffəq olmuşdur.

Hal-hazırda Rabitəbank ASC  622  nəfərdən  ibarət işçi heyəti ilə Azərbaycanın əksər regionlarını əhatə edən 1 şöbə və 22 filialı  ilə müştərilərin tələblərini maksimum dərəcədə  təmin edərək, müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir. 25 iyun 2016-cı il tarixinə bankın ümumi aktivləri  457 milyon AZN,   kapitalı isə 60 milyon AZN təşkil etmişdir. 

Bu gün Rabitəbankın peşəkar menecmentinin qarşısında duran əsas hədəflər  biznes proseslərini səmərəli idarə etmək, bankın filial şəbəkəsini daha da genişləndirmək, müştərilərə göstərilən xidmətlərin sayını artırmaq və təkmilləşdirmək, beynəlxalq tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və Azərbaycan iqtisadiyyatına daha böyük töhfələr verməkdir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili