20 Sent. 2016

Rabitəbank ASC – nin «Mobil bankçılıq» xidməti vasitəsilə ödənişlərinizi həyata keçirin!

Rabitəbank ASC – nin  «Mobil bankçılıq»  xidməti vasitəsilə ödənişlərinizi həyata keçirin!

Rabitəbank ASC müştərilərin rahatlığını təmin etmək məqsədi ilə, «Mobil Bankçılıq» xidmətini təklif edir! 

İndi Siz vaxtınıza qənaət edərək, olduğunuz məkanı tərk etmədən, mobil telefonunuz vasitəsi ilə, bank əməliyyatlarını  online rejimində həyata keçirmək və istənilən zaman kartlardaki pulunuza nəzarət etmək imkanı əldə edirsiniz. Bunun üçün Sizin "Mobile Bankçılıq" xidmətinə qoşulmağınız kifayətdir.

“Mobile Bankçılıq” vasitəsilə banka gəlmədən  aşağıdaki əməliyyatlar həyata keçirmək  mümkündür:

  •  Kart hesabının balansına nəzarət; 
  •  Son 1,7, 30 və 90 gün ərzində aparılmış əməliyaytlar üzrə çıxarış əldə edilməsi;
  •  İtirilən kartların bloklaşdırılması;
  •  Şəhər və mobil telefonlar üzrə borcların ödənilməsi;
  •  Kommunal xidmətlər üzrə borcların ödənilməsi,
  •  İnternet  üzrə borcların ödənilməsi,
  •  Kart hesabları arasında köçürmələrin aparılması - «Card to Card», 
  •  Ödəniş kartı olmayan şəxslərə vəsaitin göndərilməsi «Cash by Code».  

 “Mobile Bankçılıq” Xidmətinə qoşulma qaydası:

  •  Rabitəbankın  kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “MobilBank Qeydiyyat” bəndini seçin;
  •  Üzərində seriya nömrəsi və xüsusi kodlar qeyd olunan qəbzin çap olunmasını gözləyin;
  •  Play-Store və ya Apple.com/itunes-a daxil olaraq xüsusi tətbiqini mobil cihazınıza yükləyin;
  •  Seriya nömrəsini və xüsusi kodları daxil edin və proqramı aktivləşdirin;
  •  Proqram üçün PİN-kod yaradın (2 dəfə daxil edilir) və proqram istifadə üçün hazırdır.

Bank kartınızdan istifadə edərkən hər hansı problem yaranarsa bankın 133 məlumat mərkəzinə  və  Sizə yaxın olan filialına müraciət edin!

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir. Fəaliyyət göstərdiyi 23 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 21 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili