25 İyul 2016

Pullarınızı 24 saat 7 gün köçürmək imkanı!

Rabitəbank ASC  müştərilərinə  bankomat  vasitəsi ilə pul vəsaitlərini bir kartdan digər karta sürətli və rahat köçürmək üçün “Card-to-Card” xidmətini təklif edir! 

İndi Siz Banka gəlmədən həftənin istənilən günü  24 saat ərzində, sadəcə bir neçə dəqiqəyə pulunuzu bir kart hesabından digər kart hesabına göndərə bilərsiniz. “Card-to-Card” xidməti “AzeriCard” şəbəkəsində olan ATM-lar və “Mobile Banking”  tətbiqi vasitəsilə “AzeriCard” şəbəkəsinin üzvü olan bank kartlarına tez və rahat şəkildə pul köçürmək imkanı yaradır. Göndərdiyiniz vəsaitlər saniyələr  ərzində ünvanlandırdığınız insana çatacaq.

“Card-to-Card” xidmətinin əsas üstünlükləri: 

  •  Vəsaiti köçürmək üçün banka  gəlməyə ehtiyac yoxdur;
  •  Həftənin  istənilən günü  24 saat ərzində  vəsaitin köçürülməsini həyata keçirmək mümkündür; 
  •  Vəsait  saniyələr  ərzində kart hesabına köçürülür;
  •  Sürətli pul köçürmə xidmətlərindən daha sürətli və sərfəlidir;
  •  Kartdan karta (“Card to card”) xidməti pul köçürməyin ən sadə və sürətli üsuludur.

“Card-to-card” xidməti haqqında ətraflı məlumatı əldə etmək üçün 133 məlumat mərkəzinə zəng edin və ya bankın rəsmi saytına www.rabitabank.com daxil olun.

Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili