12 Apr. 2017

Rabitəbank ASC manatla olan əmanət faizlərini 15 -dək artırdı.

Rabitəbank ASC manatda olan əmanət faizlərini artıraraq müştərilər üçün rahat və səmərəli şəkildə pul yığmalarına imkan yaradır. 

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Rabitəbank  hal-hazırda “Universal” depozit növünə  yüksək faiz şərtlərini tədbiq edərək, qisa müddət ərzində müştərilərin vəsaitlərini daha çox artırmaq imkanı verir. 

İndi manat üzrə əmanət yerləşdirən müştərilər 3 aya illik 10%, 6 aya -12%,1 və 2 ilə isə 15% gəlir əldə edə bilərlər. AZN, USD və Euro valyutasında təqdim edilən universal depozitin açılması üçün minimal məbləğ 200 AZN/USD və 500 Euro-dur.

Hal- hazırda, Rabitəbank müştərilərinə  3  növ əmanət məhsullarını təqdim edir: universal, uşaq yığım əmanəti və Kartmane.

Maraqlanan şəxslər Rabitəbank ASC istənilən şöbə və filialına yaxınlaşaraq əmanət hesabı açdıra bilərlər.

Fəaliyyət göstərdiyi 24 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.

Əmanət və digər məhsullar haqqında daha ətraflı məlumatı əldə etmək üçün  Rabitəbankın 133  məlumat mərkəzi ilə əlaqə saxlamaqla və ya www.rabitabank.com saytından əldə edə bilərlər.

Yüksələn faiz dərəcəsindən Siz də yararlanın, illik gəliriniz daha da artsın.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili