14 Fev. 2017

“Rabitəbank”ASC korporativ müştərilər ilə görüş keçirtdi!

“Rabitəbank”ASC "PwC Azerbaijan" şirkəti ilə birgə cari ilin 14 fevral tarixində "Boulevard" otelində korporativ müştəriləri üçün tədbir keçirdi. Tədbirin əsas mövzusu 16 dekabr 2016-cı il tarixində qəbul olunan və cari ilin 1 yanvar tarixindən tətbiq edilən yeni “Nağdsız hesablaşmalar haqqında Azərbayacan Respublikasının Qanunu”nun və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” nun icrası ilə ortaya çıxan və bank müştərilərini maraqlandıran çoxsaylı sualların cavablandırılması idi. Tədbirdə çıxış edən Rabitəbank-ın İdarə Heyətinin Sədri Elçin Qədimov korporativ müştərilərə bankın qarşıya qoyduğu yeni məqsədlər və gələcək planları barədə də məlumat verdi.

Rabitəbank, 1993-cü ildə fəaliyyətə başlamış və tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirərək universal banka çevrilmişdir. Fəaliyyət göstərdiyi 24 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.Bu gün Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili