02 İyun 2017

Rabitəbank rənglərin dünyası ilə balacaları sevindirdi!

Rabitəbank ASC May ayının 31-də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mədəniyyət Mərkəzinin dəstəyilə Azərbaycan Uşaqlar Birliyinin balaca sakinləri üçün master-klass təşkil etdi. Master-klassa Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun rəyasət heyyətinin üzvü, Beynəlxalq Qadın Rəssamları Assosiasiyasının üzvü Nərminə Vəliyeva rəhbərlik edirdi. Rənglərin al-əlvan dünyasına qatılan balacalar kətan üzərində çəkdikləri müxtəlif rəsmlərlə xəyal dünyalarını təsvir edirdilər. Peşəkar rəssam Nərminə Vəliyevanın master-klass ərzində öyrətdikləri, müxtəlif rəng boyalarının  harmoniyası uşaqların balaca dünyalarında əsl sevinc yaratmışdır. Sonda Rabitəbank-ın kiçik rəssamlar üçün hazırdağı hədiyyələr onlara 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günündən xatirə oldu.    

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili