14 İyun 2017

Rabitəbank ASC-nin məcmu kapitalı 100 milyonu keçdi!

Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılmışdır.    

31 may, 2017-ci il tarixində Rabitəbank ASC-nin aktivləri ilin əvvəlilə müqayisədə artaraq 638 milyon manata, depozit portfeli isə 467,3 milyon manata çatmışdır. Cari ilin 1 may tarixinə bankın faiz gəlirləri 9,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7,2 milyon manat təşkil etmişdir. 

Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar çalışır.  

1993-cü ildə yaradılan Rabitəbank ASC qısa zaman ərzində fəaliyyət istiqamətini genişləndirərək ölkənin iri bankları arasında öz mövqeyini qoruyub saxlamağa nail olub. Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir. Uzun müddətli təcrübə və geniş müştəri bazası ilə bank gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili