01 Dek. 2017

Rabitəbank ASC ipoteka kreditləri üzrə illik faiz dərəcəsini 7 faizədək endirdi!

Rabitəbank ASC-dən ev sahibi olmaq istəyənlərə şad xəbər var!

Müştərilərinin istəklərini hər zaman düşünən  Rabitəbank ASC ev arzsunda olmaq istəyən şəxslərə çox rahat şərtlərlə ipoteka kreditini təklif edir.

Rabitəbank ASC İpoteka Fondunun xətti ilə müştərilər üçün ayrılan adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsini 7%-dək, ilkin ödənişi isə 20%-dək endirib. Güzəştli ipoteka kreditləri üçün ilkin ödəniş isə 4% təşkil edir. 25 il müddətinə verilən adi ipoteka kreditlərinin maksimal məbləği 150.000 AZN, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ 100.000 AZN təşkil edir və 30 il müddətinə verilir.

Maraqlanan şəxslər ipoteka krediti haqqında daha ətraflı məlumatı əldə etmək üçün Rabitəbankın istənilən filialından, www.rabitabank.com  rəsmi səhifəsindən və ya 133 nömrəli məlumat mərkəzinə müraciət etməklə əldə edə bilərlər. 

Rabitəbank - yeni evinizin ilk xatirəsi...

Fəaliyyət göstərdiyi 24 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan  və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili