08 Fev. 2018

Сəmi 15 faiz ilkin ödəniş edərək, yeni evinizə 10 gün ərzində köçün!

“Rabitəbank”, 25 illik yubileyi münasibətilə ev arzusunda olan hər bir kəs  üçün Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılan ipoteka kreditlərini daha münasib şərtlərlə təklif edir. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 7%-dək, ilkin ödəniş isə ən minimum həddə - 15%-dək endirilmişdir. Kreditin maksimal məbləği 150.000 AZN olmaqla 25 il müddətinə verilir.  

Güzəştli şərtlərlə isə ipoteka kreditlərini 100.000 AZN-dək illik 4%-lə 30 il müddətinə əldə edə bilərsiniz. 

Rəsmiləşdirilmə üçün tələb olunan sənədləri təqdim etdikdən sonra  cəmi 10 iş günü ərzində ipoteka krediti ən sərfəli şərtlərlə və operativ qaydada rəsmiləşdirilir.  

Xidmətlərimizdən faydalanaraq ev sahibi olmaq istəyən hər bir şəxs https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçərək, çox rahat şəkildə ərizə ilə “Rabitəbank”ın “Mərkəzi”, “Nərimanov”, “Yasamal” və “Nizami” filiallarına müraciət edə bilər.

Arzunuzu reallaşdırmaq üçün bu əla fürsəti qaçırmayın!

Kampaniya 01 aprel 2018 il tarixinədək etibarlıdır.

“Rabitəbank”ın ipoteka kreditləri və eləcə də digər xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.rabitabank.com rəsmi səhifəsinə və ya 133 telefon nömrəsi vasitəsilə məlumat mərkəzinə müraciət etməyiniz xahiş olunur. Peşəkar mütəxəssislərimiz tərəfindən on-line rejimində Sizin bütün sorğularınız cavablandırılacaq və Sizə ən faydalı məsləhətlər veriləcəkdir. 

“Rabitəbank” — yeni evinizin ilk xatirəsi!

“Rabitəbank” 25 il ərzində uğurlu inkişaf yolu keçmiş və ölkəmiznin bank sektorunda öz layiqli yerini tutmaqla yanaşı, uzunmüddətli təcrübə və geniş müştəri bazası ilə gələcək inkişafı üçün də etibarlı bünövrə yarada bilmişdir. Fəaliyyətinin 25-ci ilində də “Rabitəbank” hər zaman olduğu kimi yüksək keyfiyyət və çeşidli bank məhsulları ilə müştərilərinin xidmətindədir. 

Hazırda Bank ölkə ərazisində fəaliyyət göstərən 22 filial və 1 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 15 regionunu əhatə edir.

 

 

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili