09 Fev. 2018

Rabitəbank əməkdaşları üçün tam yeni formatda Master –Klass təşkil edib.

Dinamik inkişaf edən və daim genişlənən  Rabitəbank hər zaman iş proseslərinə kreativ və fərqli yanaşma tərzi ilə əməkdaşların şəxsi inkişafını dəstəkləyir və bu istiqamətdə daim təlim və tədbirlər həyata keçirir. 

Bu dəfə də Rabitəbank əməliyyatçılar üçün müştərilərlə əlaqələrin yaxşılaşdırılması, son yenilik və bacarıqların əldə edilməsi məqsədilə tam fərqli formatda Master-Klass təşkil etmişdir. Rus Dram teatrının tanınmış və istedadlı aktyorları Ramil Əliyev və Murad Məmmədov əməliyyatçılara özünü təqdimetmə və kommunikasiya bacarıq və texnikaları üzrə təlim keçməklə əməkdaşlarda ruh yüksəkliyi oyatmağı bacarıblar.

Master-Klassda keçirilən praktiki alətlər:

1. İdmandan öncəsi məşqlər - əzələlərin rahatlaşmasına kömək edir.

2. Dil məşqləri - düzgün diksiyanın seçilməsi, müştərilərlə daim ünsiyyət qurmağa kömək edən dil təlimlərinin həyata keçirilməsi bank işçiləri üçün həmişə vacib sayılır.

3. Tənəffüz məşqləri - müştərilərlə çətinlik çəkmədən uzun müddət danışmağa, eyni zamanda boğulmamağa kömək edir.

4. Rol oyunlarları - müştərilərlə münasibətdə özünə əminliyi təmin edir və lazım olduqda improvizasiya etməyə kömək edir.

5. Səs məşqləri - səs potensialını gizlətməməyə və boğaza təzyiq göstərməməyə kömək edir. İşçilərin boğazda deyil, diafraqmada danışması vacibdir, hansı ki, öskürək riskini azaldır.

 Fəaliyyət göstərdiyi 25 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan ibarət filial şəbəkəsini yaradıb. Hazırda «Rabitabank ASC» -ın 22 filialı və 1 şöbə fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

 

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili