26 May 2017

Matercard Rabitəbank ASC-ni debit MasterCard kartlarının sayını nisbət olaraq ən çox artıran 1-ci bank elan etdi!

Rabitəbank ASC “MasterCard”-ın 2016-cı ilin uğurları ilə bağlı keçirdiyi mükafatlandırma mərasimində debit MasterCard kartlarının sayını nisbət olaraq ən çox artıran bank nominasiyasında 1-ci yeri qazanıb. Bu munasibətlə may ayının 23-də “Four Seasons” otelində, ölkənin bir sıra iri bankları və dövlət qurumlarının da iştirak etdiyi tədbirdə Rabitəbank MasterCard tərəfindən sertifikat və xüsusi kubokla təltif olunub.  

Qeyd edək ki, hazırda Rabitəbank plastik kart infrastrukturunu möhkəmləndirərək aktiv plastik kart hesab istifadəçilərinin sayını 40 197-ə, ATM şəbəkəsini isə 60 ədədə çatdırıb. Həmçinin, bank sahibkarlıq fəaliyyətini kifayət qədər asanlaşdıra biləcək, “Bisnesiniz kartınızda!” devizi altında yeni “BizKart” məhsulunu da artıq bazara təqdim edib.    

Bu gün Bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərməkdən qürur duyur! 

Bankın xidmət və məhsulları haqqında ətraflı məlumatı 133 Məlumat Mərkəzindən və ya bankın rəsmi saytından (www.rabitabank.com) əldə etmək olar.

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili