09 İyun 2017

Rabitəbank ASC tələbə və məzunları Yay Təcrübə Proqramına dəvət edir!

Hörmətli  məzunlar və tələbələr!

Əgər Siz, gələcək karyeranızı Müştərilərə xidmət sahəsində qurmaq istəyirsinizsə, bu zaman Sizi Bankımızın mehriban və peşakar  kollektivinə qoşularaq yay təcrübə proqramında iştirak etməyə dəvət edirik!

Təcrübə proqramı zamanı Bankın peşakar mütəxəssisləri tərəfindən Sizə aşağıdakı peşakar bilik və təcrübələrin əldə edilməsinə imkan yaradılacaqdır.

  •   Biznes etika anlayışı və korporativ davranış normalarının əsasları 
  •   Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
  •   Bank məhsulları və onların satış prinsipləri
  • Plastik kartlar və onlar vasitəsilə əməliyyatların aparılması
  • Sürətli pul köçürmə sistemləri və onlarla iş prinsipləri  
  • SWIFT, XÖНKS-la iş prinsipləri
  • Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərin valyuta     əməliyyatlarının rejimi 
  • Banklarda hesabların açılması, aparılması və bağlanması qaydaları.
  • Sərəncamlarla iş
  • Mühasibat üçotonun əsasları

Namizədlərə olan tələblər:

  • Ali təhsilli (və yaxud təhsili davam edənlər)
  • Baza riyazi bilikləri və məntiq 
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı
  • Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması
  • İnsanlarla asanlıqla münasibət qurmaq bacarığı, gülərüz olması
  • Səlis danışıq və ozünü ifadə etmə bacarığı
  • Azərbaycan dilini mükəmməl bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir).

Təcrübə proqramında müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC-dən sertifikat təqdim ediləcəkdir.

Gənc mütəxəssislərin hazırlanması proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində “Müştəri xidməti üzrə təcrübə” qeyd edərək  CV-lərini göndərə bilərlər.

 

 

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili