14 İyul 2017

“Rabitəbank”-la sürətli pul köçürmələri edənlər qazanacaq!

“Rabitəbank” müştərilərinə mobil telefon və planşet qazanmaq imkanı yaradır. 1 ilyul 2017-ci il tarixindən başlayaraq “Rabitəbank”-da  sürətli pul köçürmələri edən müştərilər stimullaşdırıcı lotereya oyununa qoşularaq  hədiyyə qazanmaq imkanı əldə edirlər. Hər bir müştəri 500 AZN və onun ekvivalenti dəyərində xarici valyutada mədaxil və ya məxaric əməliyyatları apararaq lotereyada iştirak etmək hüququ qazanır. Aparılan hər bir əməliyyat müştəriyə yalnız bir şans verir. Sürətli pul köçürməsini həyata keçirdikdən sonra müştəri şəffaf qutudan lotereya biletini çıxararaq üzərindəki boyanı pozub mobil telefon və ya planşet qazanmaq şansı əldə edir. Qazanılan uduş müştəriyə 30 iş günü ərzində təqdim edilir. Qaliblər şəxsiyyət vəsiqəsi, köçürmə sisteminə aid olan sənəd və lotereya biletilə birlikdə müvafiq filiala yaxınlaşaraq qazandıqları hədiyyələri götürə biləcəklər.    

Qeyd edək ki, “Rabitəbank” əhaliyə pul köçürmələri üzrə müxtəlif növ xidmətlər təklif edir. Bank Western Union, Blizko, Contact, Monex və s. sistemlər vasitəsilə dünyanın istənilən nöqtəsinə anında sürətli pul köçürmələrini həyata keçirir.    

Bu gün ATM şəbəkəsini 60 ədədə çatdıran bank 22 filial və 1 şöbədən ibarət geniş filial şəbəkəsilə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 15 regionunda müştərilərinə xidmət göstərir.

Ətraflı məlumat üçün 133 Məlumat Mərkəzinə zəng vura və ya http://www.rabitabank.com/az/private_clients/remittances linkinə daxil ola bilərsiniz. 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili