01 Dek. 2017

Rabitəbank ASC-dən eManat vasitəsilə daxili pul köçürmələri edin, 40 dəqiqəlik danışıq vaxtı qazanın

Rabitəbank ASC-dən eManat vasitəsilə daxili pul köçürmələri edin, 40 dəqiqəlik danışıq vaxtı qazanın!

Rabitabank ASC əhalinin  rahatlığını təmin etmək məqsədi ilə ölkə daxilində 24 saat ərzində istәnilәn eManat terminalları vasitəsi ilə pul vəsaitlərinin təcili köçürmələrini həyata keçirir.

İndi istənilən şəxs məbləğdən asılı olmayaraq Rabitəbank-ın ölkədaxili Barat pul köçürmələri sistemindən istifadə etməklə bir neçə saniyə ərzində pul köçürdükdə bonus olaraq 40 dəqiqəlik “Azercell” və “Bakcell” danışıq vaxtı hədiyyə qazanmaq şansını əldə edir. Dəqiqələr 24 saat ərzində müştərinin mobil telefonuna yüklənir.

Kampaniya 31 mart 2018 - ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, istənilən fiziki şəxs eManat terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 15 regiona pul köçürmәsini həyata keçirə bilər. Göndərilən məbləği Rabitəbank ASC-nin istənilən filialından  əldə etmək mümkündür. Maksimal köçürmə məbləği 2000 manat təşkil edir.

Məlumat üçün bildirək ki, hazırda Rabitabank ASC-nin 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində,15-i  isə, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Filiallarla yanaşı, Rabitəbank  Bakı və regionlarda öz bankomat şəbəkəsini də genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank  60  bankomatdan ibarət şəbəkəyə malikdir. 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili