28 Dek. 2017

Rabitəbank ASC-nin plastik kart sahibləri hədiyyə qazanacaqlar!

Rabitəbankın Mastercard®  debit və kredit kart sahibləri Bravo supermarketlərində məmnuniyyətlə alış-veriş edə bilərlər. Çünki, edilən hər 40 AZN və daha yüksək məbləğə görə hər bir müştəri həmin gündə ödəniş qəbzini Bravo supermarketlərinin Müştəri Xidmətləri masasına təqdim edərək təklif edilən hədiyyələrdən birinə sahib ola biləcəklər.

Kampaniya aşağıdakı mağazalarda keçərlidir:

Bravo Supermarket – F. Xoyski 14, Gənclik Mall, -1 mərtəbə

Bravo Hipermarket 1 – Əhmədli qəs., R. Quliyev 4 (keçmiş Radiozavod)

Bravo Hipermarket 2 – 20 Yanvar metro stansiyasının yaxınlığında

Müştərilər bu özəl kampaniyadan 15.01.2018 tarixinədək faydalana biləcəklər.

Onu da qeyd edək ki, hal-hazırda Rabitəbank  60  bankomatdan ibarət şəbəkəyə malikdir. 

Daha ətraflı məlumat üçün 133 Məlumat Mərkəzimizə zəng vura bilərsiniz.

Hazırda "Rabitabank ASC" -in 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,15-sı  isə, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcədə Rabitəbank  Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank  60  bankomatdan ibarət şəbəkəyə malikdir.

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili