01 Fev. 2018

Rabitəbank ASC – nin Kürdəmir filialı yeni konsepte fəaliyyətini davam etdirir.

Rabitəbank ASC müştərilərin rahatlığının təmin olunması ve daha da geniş kütləyə xidmətin göstərilməsi məqdəsi ilə yeni ünvanda fəaliyyətini davam etdirir. Müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən filial korporativ standartlara  uyğun olaraq  müştərilərin  istifadəsinə verilib. Yeni  filialın interyeri rahat və geniş üslubda tərtib edilmişdir.
Kürdəmir rayonu H.Əliyev prospekti 3, məhəllə 50  yerləşən filial fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir. Filial müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və plastik kartlar xidmətlərini təklif edir.
Kürdəmir filialı 1 fevral tarixindən etibarən  yeni ünvanda 09:00-dan 17:00-dək, müştərilərə xidmət göstərir.
Qeyd edək ki, bu il Rabitəbank ASC  yaradılmasının 25-ci ildönümünü qeyd edir.
Azərbaycanın aparıcı banklarından  biri olan Rabitəbank  ASC 25 ildir ki, ölkəmizin maliyyə bazarında uğurla fəaliyyət göstərir. Bu illər  ərzində Rabitəbank ASC  ölkədəki filial şəbəkəsini genişləndirməklə yanaşı, müştərilərə göstərilən yüksək  xidmət keyfiyyətini ildən ilə inkişaf etdirmiş, onların məmnuniyyətini və etibarını qazanmağa nail olmuşdur. Beynəlxalq maliyyə institutları ilə işgüzar əməkdaşlıq və böyük sayda müştəriləri bankın gələcəkdə də uğurlu inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
          Fəaliyyət göstərdiyi 25 il ərzində Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan ibarət filial şəbəkəsini yaradıb. Hazırda «Rabitabank ASC» -ın 22 filialı və 1 şöbə fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,15-si  isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

1993-cü ildə fəaliyyətə başlayan «Rabitabank ASC», tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir.


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili