09 Dek. 2016

“Rabitəbank”ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov 11 ayın göstəricilərini açıqladı!

Bankdan verilən məlumata əsasən, Rabitəbank ASC – nin İdarə Heyətinin Sədri Elçin Qədimovun dekabırın 9-da keçirilmiş iclasında bankın 11 ayının göstəricilərini açıqladı.

Rabitabank ASC-nin aktivləri 30.11.16-ci tarixə ilin əvvəli ilə müqaisədə 20% artaraq 539 mln. 400 min manat  təşkil etmişdir. Muştərilərin müddətli əmanətlərinin həcmi isə 6% artaraq 236 mln. 612 min manat, cari hesabları 72% artaraq  169 mln. 531 min manat təşkil etmişdir. 30.11.16-ci ilə Bankın məcmu kapitali 60 mln. 856 min manat təşkil etmişdir. 

Bankin gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 11 mln. 230 min manat , xalis qeyri-faiz gəlirləri isə 10 mln. 483 min həcmində olub.

Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti, 90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır.O cümlədən bank il ərzində 168 min ədəd olmaqla 108 mln. manat ekvivalentində surətli pul köçürməsini ve 209.286  min ədəd olmaqla 7 mln. 645 min  manat kommunal odənişi muştəriləri üçün reallaşdırmışdır. 

Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart istifadəçilərinin sayını 35 min 847 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırmışdır.

1993-cü ildən fəaliyyətə başlayan Rabitəbank ASC bu il yaranmasının 23 illiyini qeyd edir. Bank 22 filial, 1 şöbəsi ilə ölkənin 15 regionunda geniş filial şəbəkəsi ilə təmsil olunur. 

 

 


Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili