İnternet Bankçılıq

                                       

 

 Xidmətə qoşulma qaydası

Xidmət pulsuz təklif olunur.

«İnternet-bankçılıq» - Sizə İnternet vasitəsilə bank əməliyyatlarını həyata keçirmək və istənilən zaman pulunuza nəzarət etmək imkanı yaradan xidmətdir. 

  •  Kart hesabın balansına nəzarət; 
  •  Son 7, 30 və 90 gün ərzində aparılmış əməliyaytlar üzrə çıxarış əldə etmək;
  •  İtirilən kartların bloklaşdırılması;
  •  «Card to card» xidməti vasitəsilə kartdan karta vəsaitlərin köçürülməsi;
  •  Şəhər və mobil telefonlar üzrə borcların ödənilməsi;
  •  Kommunal ödənişlərin aparılması;
  •  İnternet üzrə borcların ödənilməsi. 

«İnternet-bankçılıq» sisteminə necə qoşulmaq olar? 

Sistemə iki üsülla qoşulmaq olar. 

SMS vasitəsilə qeydiyyat:

  •  www.hbservice.com səhifəsinə daxil olaraq, “Register by card number” bölməsini seçin və plastik kart nömrəsini daxil edin. 
  •  Bundan sonra Sizin mobil telefonunuza SMS vasitəsilə birdəfəlik parol göndəriləcək. Həmin parolu ona məxsus olan sıraya daxil edin və standard sxeminə uyğun olaraq qeydiyyat prosessini davam etdirin: istifadəçinin adını və parolunu yaradın.

    Plastik kartınız «SMS nəzarət» xidmətinə qoşulmalıldlır.

     

    Bankomat vasitəsilə qeydiyyat:

  •   Bank kartını bankomata daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “İB və 3D Şifrələr” bəndini seçin;
  •   Birdəfəlik parolların siyahısı qeyd olunan qəbzin çap olunmasını gözləyin;
  •   www.hbservice.com səhifəsinə daxil olaraq, “Register with password from ATM receipt by card number” bəndini seçin və plastik kart nömrəsini daxil edin;
  •   Bundan sonra, birdəfəlik parolu və sistem tərəfindən tələb edilən nömrəni daxil edin, istifadəçi adı (loqin) və parol fikirləşib seçin;
  •   Bu loqin və parol vasitəsilə Siz gələcəkdə sistemə daxil ola biləcəksiniz.

 

  Birdəfəlik parolların siyahısı, "AzəriCard" prosessinq mərkəzi daxilində xidmət olunan bankların bankomatlarından əldə edilə bilər.

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili