Əmək haqqı kartları

Mastercard Debit Salary və Visa Electron Salary

Mastercard Debit Salary və Visa Electron Salary kartları Rabitəbank tərəfindən əmək haqqı kartı kimi təklif olunur. Mastercard Debit Salary və Visa Electron Salary əldə olunması və istifadəsi baxımından ən rahat plastik kart növüdür. Bu kartların sahibləri bütün dünya üzrə ATM və POS - terminallar şəbəkəsi vasitəsilə nağd vəsait əldə etmək, həmçinin ticarət və xidmət məntəqəsində alış-veriş etmək imkanına sahibdirlər.

Əmək haqqı kartları müəssisə üçün niyə sərfəlidir?

  • Kart vasitəsilə əmək haqqının verilməsi nəticəsində müəssisə nağd pul ilə, xüsusən də böyük məbləğlərlə işləməklə bağlı bir çox problemlərdən azad olur
  • Nağd pulun daşınması, sayılması, paylanması aradan qaldırıldıqdan iş vaxtına, işçi qüvvəsinə və xərclərə külli miqdarda qənaət edilir
  • Müəssisənin əməkdaşlarının ölkədaxili və xarici iş səfərləri ilə bağlı bütün ödənişlər Xüsusi Kart Hesabı vasitəsilə həyata keçirilir. Hesabdan çıxarışlar isə əməkdaşın səfərlə bağlı xərclərinə nəzarət etmək imkanını verir
  • İşçilərinin əmək haqlarının məxfiliyi məsələsi avtomatik olaraq həll edilir
Rabitəbank əməkdaşlıq etdiyi müəssisələrin işçilərinə operativ surətdə nağd pul vəsaitləri almaq imkanı yaratmaq üçün həmin müəssisənin ərazisində bankomatların quraşdırılmasını mümkün sayır.

Əmək haqqı kartı müəssisənin əməkdaşları üçün niyə sərfəlidir?

  • Müəssisənin əməkdaşları heç bir əlavə xərc çəkmədən ölkədə istədikləri vaxt istənilən çoxsaylı bankomatlardan məvaciblərini götürə bilirlər
  • Müəssisənin əməkdaşları əldə etdikləri beynəlxalq dərəcəli plastik kartlar vasitəsilə dünyanın istənilən ölkəsində istifadə edir, məvaciblərini istədikləri ölkədən çıxarıb istifadə edə bilirlər
  • Bundan başqa, kart sahibləri Rabitəbank-ın istənilən şöbəsində nağd vəsait ala bilərlər
  • Kartla səyahət edərkən kart sahibləri pullarını gömrük məntəqələrində bəyan etmək və getdikləri ölkədə onları konvertasiya etmək zərurətlərindən azad olurlar
  • Müəssisənin əməkdaşları bankomatlar şəbəkəsi vasitəsilə kommunal xidmətlərin, mobil rabitənin abunə haqlarını əmək haqqı kartının köməyi ilə ödəyə bilirlər
  • Bundan əlavə, müəssisənin əməkdaşları öz kartlarından istifadə edərək ölkənin 200-dən artıq ticarət və xidmət müəssisələrində xidmət və məhsulların haqqını ödəyə bilərlər
  • Müəssisənin əməkdaşları yalnız cari xərclərini ödəmək üçün tələb olunan vəsaitləri nağdlaşdırmaqla, pullarını kart hesablarında saxlayaraq və ya yığım, əmanət və başqa hesablara köçürməklə öz xərclərinə nəzarət etmək və büdcələrini planlaşdırmaq imkanı əldə edirlər
  • Müəssisənin əməkdaşları vəsaitlərini istər milli valyutada, istərsə də ABŞ dollarında nağdlaşdıra bilərlər ki, bu da onları dəyişdirilmə məntəqəlrindən saxta əskinazlar alınması riski ilə valyuta almaq zərurətindən azad edir

Əmək haqqı kartlarını əldə etmək üçün nə etməli?

  • Müəssisə Rabitəbank ilə əmək haqqı plastik kartlarının buraxılması barədə müqavilə bağlayır
  • Əmək haqların hesablanması üçün Bankda müəssisənin hesablaşma hesabı açılır (əgər hesab yoxdursa)
  • Müəssisə əməkdaşlarının pasport məlumatları göstərilməklə doldurulmuş xüsusi ərizə formasını Banka təqdim edir
  • Bank müəssisənin hər bir əməkdaşının adına şəxsi hesablaşma hesabı (Xüsusi Kart Hesabı) açır və plastik kartları buraxır
  • Əmək haqqı plastik kartlarının dəyəri müəssisə tərəfindən ödənilir

Əmək haqqı işçilərin hesablarına necə hesablanır?

  • Müəssisə, işçilərinə əmək haqqının verilməsindən bir gün öncə işçilərin kart hesablarına köçürülən məbləğlər göstərilməklə Banka ödəniş tapşırığı təqdım edir və nağdlaşdırmaya görə müqavilədə müəyyən edilmiş həcmdə komissiya haqqını Banka ödəyir
  • Bank həmin gün ödəniş tapşırığında göstərilən məbləğləri müəssisənin əməkdaşlarının hesablarına daxil edir.

    Əmək haqqı kartı - işçilərinizin adına açılan və Xüsusi Kart Hesabına bağlı olan adi bir plastik kartdır. İşçiyə çatacaq əmək haqqı, mükafatlar, məzuniyyət, ezamiyyə ödənişləri və digər bu kimi ödəmələr Müəssisə tərəfindən bu karta hesablanır. Əmək haqqı kartı Bankın müştərilərinin fərdi qaydada əldə etdikləri digər plastik kartlardan heç nə ilə fərqlənmir və plastik kart sahibləri üçün xüsüsi olaraq işlənilmiş digər bank məhsul və xidmətlərindən istifadə etməyə imkan verir.

    Əmək haqqı kartlarının illik xidmət haqqı və bankomatlar vasitəsi ilə vəsaitlərin nağdlaşdırılmasına görə komissiya Müəssisə tərəfindən ödənildiyindən işçiləri heç nə itirmirlər. Nəticədə işçi heç bir maneə, kassalar qarşısında növbələr və ləngimələr olmadan əmək haqlarını tam vaxtında bankomatdan ala bilirlər. 
    Kartın illik xidmət haqqı Bankla Müəssisə arasında sazişlə müəyyən edilir.

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili