Black edition Səyahət sığortası

“AxAMbask” sirkətinin təqdim etdiyi səyahət sığortası xidmətilə kart sahibi xarici səfər zamanı bədbəxt hadisələrdən, maliyyə itkilərindən sığortalanmış olur.

 Sığorta təminatından ancaq səyahət zamanı meydana gələn bütün nəqliyyat və (və ya) yaşayış xərclərinin tamamilə sığorta polisinin əhatə etdiyi kartla ödəndiyi təqdirdə faydalanmaq mümkündür.

Təcili tibbi yardım xərcləri və digər təcili xərclər səyahət xərclərinin sığortalanmamış kart vasitəsi ilə  ödəndiyi hallara da şamil olunur.

Səyahət sığortası  bütün dünya ölkələrində qüvvədə olan  45 günlük səyahəti əhatə edən sığorta təminatı deməkdir. Sığorta təminatı səyahət zamanı Kart sahibini müşahidə edən həyat yoldaşına və (və ya) uşaqlarına da şamil olunur.

Fövqəladə vəziyyətlərdə, travma, xəstəlik, itki, oğurluq və digər hallarda təcili tibbi yardımın göstərilməsinə olan ehtiyacı bildirmək, repatriasiya tələb etmək ya da itki, oğurluq və başqa zərərlər barədə məlumat vermək üçün dərhal 7 499 270 35 00 nömrəli telefon xətti vasitəsi ilə « AXA Assistance » şirkəti ilə əlaqə saxlamaq lazımdır.

Bütün digər iddialarla əlaqədar sığorta tələbi blankı (həftənin bazar ertəsi günündən cümə gününə qədər, hər gün 09:00 -17:00 arası) almaq üçün növbəti telefon nömrəsindən Konsultasiya xidmətilə əlaqə saxlamaq olar: 7 499 270 35 00.  

 Sığorta hadisələri ilə əlaqədar bütün qəbzlər saxlanılmalı və tələb olunan halda "AXA MBASK" ASC-ə təqdim edilməlidir.

 

 Müqaviləni yüklə.

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili