Ölkəxarici Pul köçürmələri

İndi Telegram və Messenger vasitəsilə dostunuza pul göndərin!

Rabitəbank Azərbaycanın ilk bank botu olan - RabitəBot məhsulunu təkminləşdirməkdə davam edir. İndi Siz Telegram və Messenger əlavələri vasitəsilə dostunuzun kart nömrəsini bilmədən ona pul göndərə bilərsiniz. 

Bunun üçün Telegram əlavəsində @RabitəbankBot kanalını taparaq ora keçid edirsiniz,  “Mənim kartlarım” hissəsindən kartı seçir və daha sonra “Kontakta pul” göndər funksiyasının köməyi ilə dostunuzun heç kart nömrəsini bilmədən ona pul göndərirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur.

Messenger əlavəsi vasitəsilə də həmin funksiya aktivdir. Belə ki, Messenger əlavəsində Rabitəbank səhifəsini axtarış hissəsindən taparaq ora keçid edirsiniz, “Menyu” hissəsindən “Məhsullar” bölməsini seçirsiniz və “Pul köçürmələri” xidmətləri arasından “Kart üzərindən” funksiyasını seçirsiniz. Burada sizin aktiv kartınız təqdim olunur. Daha sonra “Kontakta pul göndər” xidmətinə keçid edirsiniz, məbləği və göndərmək istədiyiniz dostunuzun mobil nömrəsini daxil edir və yaxud telefon kitabçasından seçirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. 

Komissiya barədə məlumat:

  • Göndərən tərəfindən tutulan komissiya - 0,5% (min 0,60 AZN/USD/EUR)
  • Alan  tərəfindən tutulan komissiya - 0%

 



Çətinlik çəkmədən dünyanın istənilən nöqtəsinə təcili pul köçürməsi həyata keçirə bilərsiniz.

  Ətraflı  




Əgər Siz, pul köçürməsi həyata keçirərkən "BLİZKO" sistemindən istifadə etməyə qərar vermisinizsə, bizə müraciət edə bilərsiniz.


  Ətraflı  

CONTACT – fiziki şəxslərin bank hesabı açmadan ödənişlərini həyata keçirə bilən Rusiyanın ilk beynəlxalq pul köçürmə sistemidir. Contact sistemi ilə ümumilikdə dünyanın 80 ölkəsinə pul köçürmək və ya almaq mümkündür.                               

  Ətraflı  

          
 

"Lider"  aparıcı rus pul köçürmə sistemlərindən biridir. "Lider" sistemi üzrə dünyanın 130 ölkəsinə pul göndərmək və ya almaq mümkündür.

                                                            Ətraflı         

             

“Zolotaya korona” – Rusiyanın və MDB ölkələrinin dünyanın 190-dan artıq ölkəsinin ərazisində 13 500-dən artıq məntəqəsi olan hesab açılmadan ani pul köçürmələri sistemidir.

                                                             Ətraflı  

             

"MONEX" sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. Bu sistem vasitəsilə hal-hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Belarus, Ukrayna, Moldova, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, B.Ə.Ə.,Tacikistan, Səudiyyə Ərəbistan və Küveyt ölkələrinin məntəqələrində xidmət olunur. 

 

                                                            Ətraflı                  

         

IBA-Express ilə pulunuzu 15-20 dəqiqədən sonra ala bilərsiniz.

 

      Ətraflı  

          

ManatExpress ilə pulunuzu tez və qənaətlə köçürün!

 

                                                                     Ətraflı  

 

 

Dosta göndər

Məktub göndərilidi.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Adınız
Dostun emaili