19 Sep. 2018

Rabitəbankdan Neftçilərə “Şokolad kimi” təklif!

Rabitəbank 20 sentyabr “Neftçilər günü” münasibəti ilə ölkəmizin əsas sərvəti olan “şokolad kimi” neftin hasilatının və emalının bütün mərhələlərində zəhmət çəkən, qısacası, neft sektorunda çalışan bütün vətəndaşlar üçün “Şokolad kimi kredit” kampaniyasını elan edir. Kampaniyanın şərtlərinə əsasən müştərilərə 36 ay müddətinə, illik cəmi 18%-dən başlayan çox sərfəli şərtlərlə 15.000 manatadək nağd pul kreditləri təklif olunur. 

Güzəştli kredit kampaniyası çərçivəsində neft və qaz sahəsində çalışan bütün yerli və xarici, özəl və dövlət şirkətlərində çalışanlar kredit ala biləcək. Kampaniyadan yararlanmaq istəyən bütün müştərilər bunun üçün Rabitəbankın ölkənin 15 müxtəlif regionunda yerləşən filiallarına müraciət edə bilər.

Kampaniyanın müddəti 20 sentyabr – 20 oktyabr tarixlərini əhatə edir! Kampaniya haqqında ətraflı məlumat almaq və kreditə onlayn müraciət etmək üçün bit.ly/shokolad_kimi_kredit linkinə keçid edə bilərsiniz.

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

 


Send to friend

Email has been sent.

Error. Please try again in a few minutes.

Your Name
Friends email