25 Нояб. 2014

Rabitəbank ASC və Beynəlxalq Maliyyə Korporasiyası arasında müqavilə imzalanmışdır.

6 Noyabr  2014-cü ildə  Rabitəbank ASC,  Beynəlxalq  Maliyyə  Korporasiyası ilə daxili  audit  və  risklərin  monitorinq  sisteminin təkmilləşdirilməsi lahiyəsi  çərçivəsində müqavilə  imzalanmışdır.           

    Lahiyə  çərçivəsində  Beynəlxalq  Maliyyə  Korporasiyası  , Rabitəbank ASC- yə qeyd olunan  məsələlərdə  texniki  yardım göstərəcək.                Rabitabank  ASC  artıq 1997-ci ildən Beynəlxalq Maliyyə Korporasiya (İFC), həmçinin  İslam  İnkişaf  Bankı (ICD), 2006-cı ildən Avropa Yenidənqurma və İnkişaf  Bankı (EBRD),  2008-ci ildən isə ABŞ-ın World Business Capital  ilə başlayan əməkdaşlığı  davam etdirilir.                   

        1993-cü ildə əsası qoyulmuş Rabitəbank ASC  hazırda Azərbaycanda mikro və kiçik biznesə kreditlərin verilməsi sahəsində aparıcı banklardan biridir.  Bank, 22 filial və 2 şöbə vasitəsi ilə Bakı şəhəri və Azərbaycanın 16 regionunu əhatə edir. Rabitəbankın 2014-cü ildə Xirdalan  rayonunda və Masallı şəhərində daha iki filialı açılmışdır.
         Hazırda Rabitəbank-ın 450 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti  50 000-ə yaxın şirkət və fiziki şəxslərdən ibarət müştəriyə xidmət göstərir. 
30 sentyabr  2014-cü il tarixinə bankın ümumi aktivləri  260 milyon AZN, müştərilərə verilən kreditlər  199,8 milyon AZN,  depozitlər  176 milyon AZN və kapital 55 milyon AZN  təşkil etmişdir.


Отправить другу

Email отправлен.

К сожалению произошла ошибка, попробуйте через несколько минут.

Ваше Имя
Email друга