Apple Pay indi Rabitəbank-da!

Apple Pay-ə qoşulmaq üçün nələr lazımdır?

  • Apple Pay üçün uyğun cihazlar: “Face ID” və ya “Touch ID” dəstəkləyən iPhone (iPhone 6-dan başlayaraq), Apple Watch və ya digər dəstəklənən cihazlar.
  • VISA və ya Mastercard plastik kart
  • “İcloud” hesabınıza daxil olduğunuz “Apple ID” və İnternet bağlantısı*.
Apple Pay-ə qoşulmaq üçün nələr lazımdır?

Necə qoşulmaq olar?

iPhone-da: iPhone-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz.
  • Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et”  düyməsinə klikləyirsiniz.“iPhone” və ya “Apple Watch” cihazları seçimində “iPhone” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz.Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.
iPhone-da:

Apple Watch-da: Apple Watch-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz
  • Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et” düyməsinə klikləyirsiniz.“iPhone” və ya “Apple Watch” cihazları seçimində “Apple Watch” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz. Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.
Apple Watch-da:

iPad-da: iPad-da:

  • Rabita Mobile tətbiqinə daxil olursunuz.
  • Burada Apple Wallet-a əlavə etmək istədiyiniz kartınızın aşağısında “Apple Wallet-a əlavə et” düyməsinə klikləyirsiniz.“iPhone”, “iPad” və ya “Apple Watch” cihazları seçimində “iPad” seçirsiniz.
  • Kartınızı Apple Wallet-a əlavə etməyiniz üçün son olaraq birdəfəlik OTP şifrəsini daxil edirsiniz.Artıq kartınız Apple Wallet-də istifadə üçün hazırdır.
iPad-da:

Apple Pay ilə necə ödəniş etmək olar?

“Face ID” dəstəkli iPhone üçün:

Mağazalarda ödənişi həyata keçirərkən yan (kilid) düyməni iki dəfə sıxın, identifikasiyası üçün iPhone-a baxın və sonra terminala gətirin. Tətbiqlərdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.

“Touch ID” dəstəkli iPhone üçün:

Mağazalarda ödəniş edərkən barmağınızı “Touch ID” üçün toxundurun və iPhone-u POS-terminala yaxınlaşdırın. Tətbiqdə ödəniş edərkən ödəmə üsulunuz olaraq Apple Pay seçin.

Apple Watch

Mağazalarda ödəniş edərkən yan (kilid) düyməni iki dəfə sıxın və saatınızın ekran tərəfini POS-terminala yaxınlaşdırın.

Apple Pay ilə necə ödəniş etmək olar?