Geri
Aslan Xasıyev

Aslan Xasıyev

Müşahidə Şurasının üzvü

Xasıyev Aslan Tarqulu oğlu 28 May 1961-ci ildə Lənkəran rayonunda anadan olub.

1986-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis İqtisadiyyatı” fakultəsini bitirmişdir.

Bank karyerasına 1986-cı ildə “Azərneftinşaat” Tikinti şirkətində Mühasib vəzifəsi ilə başlamışdır. 1986-1993-cü illərdə həmin şirkətdə Mühasib, Aparıcı İqtisadçı və İqtisadi şöbənin rəisi vəzifələrində çalışmışdır.

1995-2003-cı illərdə “Rabitəbank” ASC-də Baş iqtisadçı, 2003-2006-ci illərdə isə Bankın “Korporativ müştərilərin kreditləşdirilməsi” şöbəsinin Rəisi  kimi vəzifələrində çalışmışdır.

2006-ci ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin “Satınalmalar” şöbəsinin Direktor müavini vəzifəsində çalışır.

Hal-hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvüdür.

Email: infomushahideshurasi@rabitabank.com

Tel: 012 5984488