Kartmanebiz Masterсard və Kartmanebiz Visa biznes kartları həm Azərbaycan ərazisində, həm də xaricdə istifadə oluna bilər.
Korporativ kartlara sahib olan müəssisənin əməkdaşı, Azərbaycanda, həmçinin 200-dək ölkə ərazisində kartın digər üstünlüklərindən istifadə edə bilər.
Müddət | VISA / Masterсard Sahibkar (Kartmanebiz) | VISA / Masterсard Korporativ (Kartmanebiz) |
1 illik | 10 AZN 5 USD/EUR | 10 AZN 5 USD/EUR |
2 illik | 15 AZN 10 USD/EUR | 15 AZN 10 USD/EUR |
3 illik | 20 AZN 15 USD/EUR | 20 AZN 15 USD/EUR |
Bu kartlarla nə etmək olar?
- Dünyanın 900,000-dək bankomat və bankları vasitəsilə kartda olan vəsaiti nağd pul şəklində çıxarmaq;
- Azərbaycanda və dünyanın 200-dək ölkəsində mağaza, otel, restoran, turizm və digər ticarət-xidmət məntəqələrində mal və göstərilən xidmətlər üçün nağdsız ödənişlər aparmaq (bu zaman kart sahibindən komissiya haqqı tutulmur);
- Nağdsız ödənişləri aparmaq, nağd pulu digər valyutada (əsasən gəldiyiniz ölkədə tətbiq olunan valyuta) çıxarmaq;
- Kart vasitəsi ilə mobil telefon operatorlarının və kommunal xidmətlərin haqqını ödəmək;
Plastik kartların yüksək müdafiə dərəcəsi olduğundan onların istifadəsi nağd pul istifadəsindən daha etibarlıdır.
Kartların vacib üstünlüklərindən biri də odur ki, xaricə gedərkən kartdakı vəsaiti bəyan etmək tələbi yoxdur və beləliklə də kartdakı pul vəsaiti sərhədi məhdudiyyətsiz keçir.
*Qeyd: Azart/Mərc (Unique) oyunları təşkil edən İnternet saytlarında və POS-terminallarda Kartmanebiz kartları ilə əməliyyat aparılması üçün icazə yoxdur.
**Qeyd: Kartmanebiz kartları ilə Card to Card əməliyyatı aparılmasına icazə yoxdur.