Kart növü

Əməkdaşlarının rahatlığı üçün hər cür şəraiti yaratmağa çalışan şirkət rəhbərlərinə daha yeni bir təklif - Rabitəbankdan əməkhaqqı + Kartmane kartları! Artıq unikal Kartmane kartımızın bütün üstünlükləri həm də əməkhaqqı kartınızda olacaq.

Kartın xüsusiyyətləri
  • Partnyor şəbəkəsi üzrə 40%-dək keşbek⇦ 
  • Kartdakı aylıq minimal qalığa illik 4% depozit gəliri;
  • Bank əməliyyatlarını rahat idarə etmək üçün "Rabita Mobile" tətbiqi;
  • Özəl şərtlərlə KREDİT almaq imkanı.
Şirkət üçün kartın üstünlükləri
  • Şirkətin mühasibatlığının iş yükünün azaldılması, əməkhaqqının verilməsi ilə bağlı əlavə vaxt, işçi qüvvəsi, xərcin aradan qaldırılması;
  • İnternet Bankçılıq platforması üzərindən banka gəlmədən kartların online sifarişi, rahat və bir əməliyyatla əməkhaqqının ödənilməsi;
  • Tam təhlükəsizlik, risklərin minimuma endirilməsi;
  • Fərdi tariflərlə xidmət olunma və individual yanaşma;
  • Seçimə uyğun olaraq əməkdaşların əməkhaqqılarının Rabitəbank və ya bütün yerli bank ATM-lərindən komissiyasız nağdlaşdırma imkanı;
  • İşçilərin iş prosesindən ayrılmaması və rahatlığı;
  • İş günü ərzində əməkhaqqılarının hesablara avtomatlaşdırılmış qaydada köçürülməsi imkanı.
Əməkdaşlar üçün kartın üstünlükləri
  • Ölkə üzrə bütüb ATM şəbəkələrindən pulsuz nağdlaşdırma imkanı*;
  • Kartla əməliyyatı sadələşdirən Mobil Tətbiq, İnternet Bankçılıq və RabitaBot adlı messencer və teleqram çatbotu;
  • Xüsusi güzəştli şərtlərlə istehlak və ipoteka kreditlərinin verilməsi;
  • Ölkəxaricində istənilən valyutada nağdlaşdırma və nağdsız alış-veriş əməliyyatlarının aparılması;
  • İnternetdə təhlükəsiz alış-veriş etmək və müxtəlif xidmətləri ödəmək üçün “3D Secure” xidməti;
  • ”SMS Xəbərdarlıq” xidmətindən istifadə etməklə bütün əməliyyatlara nəzarət.
*İşə götürən şirkətin seçdiyi tarifə və ödədiyi xidmət haqqına əsasən.
Rəhbərlər üçün kartın üstünlükləri
  • 50-dən çox əməkdaşı olan və 50–100 ədəd əməkhaqqı kartı sifariş edən  şirkətə/sahibkara Bizneskart / Bizkart və şirkətin rəhbərinə (təsisçi və ya direktor)/sahibkara standart Kartmane hədiyyə.
  • 100-dən çox əməkdaşı olan və 100-dən çox  əməkhaqqı kartı sifariş edən  şirkətə/sahibkara Bizneskart / BizKart və şirkətin rəhbərinə (təsisçi və ya direktor)/sahibkara Premium Kartmane hədiyyə.