Əməliyyatı seçin
“Kartmane Biznes” debit kartlarında aparılan əməliyyatlar üzrə keşbək bonuslarının hesablanması aşağıda qeyd edilən şəkildə aparılır:
(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 50 AZN.
Hesablanma qaydası:
YDM 10% Cashback - Aylıq minimum 1000 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir.
1000 AZN və daha çox dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 500 AZN-i cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır.
YDM 5% Cashback - Aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir.
250-800 AZN arası dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 50 AZN-i cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır.
Restoranlar 5% Cashback - aylıq min 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cashback
800 AZN və daha çox dövriyyə edən müştərilər üzrə YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 450 AZN-i aşağıdakı cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır.
*Qeyd : Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə Cashback hesablanmır.
"Bütün ödənişlər" (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 200 AZN.
Hesablanma qaydaları:
YDM-lərdə edilən istənilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 1% cashback hesablanır.
Sığorta ödənişlərinə 1,5 % cashback hesablanır
Digər əməliyyatlar üzrə edilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 2% cashback hesablanır.
Notarius ödənişlərinə, minimum dövriyyə tələbi olmadan 1,5 % cashback hesablanır
*Qeyd : Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə Cashback hesablanmır.
(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 50 AZN.
Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən cash back. 600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
Market 5% və Restoranlar 5 % - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% cash back məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cash back.
800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.
*Qeyd : Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə Cashback hesablanmır.
Kartdan karta: 4829,6536,6537,6538,6532
Dövlət: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405
Nəqliyyat: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789
Kommunal xidmətlər: 4900
Kabel/peyk: 4899, 4814, 4816
Quasi Cash: 6540, 6012, 6050, 6051
Mərc: 7995,7801
ATM/POS Cash: 6010, 6011
Asan: 1100
Kafe/restoranlar: 5811,5812,5813,5814,1339,1340,1341,1347, 1349,1399, 2002, 2340
YDM: 5542,5172,5983,5541,9752
Market/supermarket: 5411,5422,5441,5451,5462,5499,5921
Sığorta: 6211, 6300
Notarius: 8111
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" və "Azercell", "Miles" paketləri arasında istənilən istiqamətdə istənilən sayda opsiyanı dəyişə bilərsiniz . Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir. Kartlar müştərilərə ilkin olaraq “Bütün ödənişlər” tarif paketi ilə təqdim edilir.
Mövcud keşbek paketindən digər keşbek paketinə keçid edərkən cari ay ərzində toplanılan ballar keçid olan (yeni seçdiyiniz ) keşbek növünə uyğun hesablanır. Yeni keşbek paketinin şərtlərinə uyğun olmayan mövcüd ballar sıfırlanır.
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə müştəri "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərdən “Azercell” və ya “Miles” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.
Ay ərzində “Azercell” və ya “Miles” paketlərindən "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərinə keçid aldıqda, qazanılan ballar (millər) “Azercell” paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə, “Miles” paketi üzrə isə “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan ballar (millər) “Azercell” paketi üzrə “Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə” və ya “Miles” paketi üzrə “aviabilet”, “otel” və ya “rent a car” ödənişləri üzrə dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Keşbek paketinə transfer edilir. “Azercell” və “Miles” paketləri arası dəyəşəklik zamanı qazanılmış ballar (millər) olduğu kimi yeni paketə transfer edilir. “Miles” paketindən digər “Keşbek” paketlərinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərindən “Azercell” və ya “Miles”paketinə və əksinə keçid olan zaman, keçid olunacaq Keşbek paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan ballar (millər) yuxarıda qeyd olunan hesablamaya əsasən yeni Keşbek paketinə tranfer edilir. “Keşbek” paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar (millər) yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir. Kartın müddəti bitdikdə, “Keşbek” paketləri üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir. Ödənişlər zamanı əldə edilən ballar (millər) ödənişin geri qaytarılması əməliyyatı həyata keçirilən zaman ləğv edilir.
Keşbek hesablanması üçün Plastik kartları arasında dəyişmək imkanı:
Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir:
Keşbek bonuslarından istifadə müddəti:
Bonuslar müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyatlara görə silinmə növbəti ayın ilk 3 iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk 3 iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir. İlin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.