Əməliyyatı seçin
Kartmane ilə xərclədikcə qazan!
YDM 10% keşbek - Aylıq minimum 1000 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir. 1000 AZN və daha çox dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 500 AZN-i məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar və YDM-dən başqa yerlərdə olmalıdır.
YDM 5% Keşbek - Aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir. 250-800 AZN arası dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün Yaşıl kartlarda əməliyyatlarının ən azı 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar və YDM-dən başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 100 AZN məbləğində əməliyyatlar, Dövriyyə üzrə istisnalar və YDM başqa yerlərdə olmalıdır.
Restoranlar 5% keşbek - aylıq min 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% keşbek məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən keşbek. 800 AZN və daha çox dövriyyə edən müştərilər üzrə YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün Yaşıl və ya Premium kartlarında əməliyyatlarının ən azı 450 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar və YDM-dən başqa yerlərdə olmalıdır.
Qeyd:
Dövriyyə üzrə tələblər - ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi Cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.
40 AZN - 50 AZN topladığı keşbekləri əldə etmək üçün həmin ay ərzində orta günlük qalıq (iş günün sayına nəzərən bir aylıq orta günlük qalıq) minimal 150 AZN olmalıdır. Əks halda topladığı keşbeklər 40 AZN olaraq hesablanır.
Kino ödənişlərinə minimum dövriyyə tələbi olmadan 10% keşbek hesablanır (keşbek məbləğ max 30 AZN)
Kitab ödənişlərinə minimum dövriyyə tələbi olmadan 5% keşbek hesablanır (keşbek məbləğ max 20 AZN).
İctimai nəqliyyat və qatar ödənişlərinə minimum dövriyyə tələbi olmadan 5% keşbek hesablanır (keşbek məbləğ max 20 AZN).
Bərbər, Gözəllik salonları,Spa ödənişlərinə minimum dövriyyə tələbi olmadan 5% keşbek hesablanır (keşbek məbləğ max 20 AZN).
Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda marketlərdə xərclənən məbləğlərə şamil edilən keşbek. 300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən keşbek. 600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.
Market 5% və Restoranlar 5 % - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% keşbek məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən keşbek. 800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 200 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.
*Qeyd : Dövriyyə üzrə tələblər - ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi Cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.
Kino ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=5 bal keşbek hesablanır (keşbek məbləğ max 30 AZN=1500 bal)
Kitab ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50 bal keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 bal).
İctimai nəqliyyat və qatar ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50 bal keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 bal).
Bərbər, Gözəllik salonları, Spa ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50bal keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 bal).
Kino ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=5 mil keşbek hesablanır (keşbek məbləğ max 30 AZN=1500 mil).
Kitab ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50 mil keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 mil).
İctimai nəqliyyat və qatar ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50 mil keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 mil).
Bərbər, Gözəllik salonları, Spa ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1AZN=2.50 mil keşbek hesablanır (keşbek məbləğ max 20 AZN=1000 mil).
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" və "Azercell", "Miles" paketləri arasında istənilən istiqamətdə istənilən sayda opsiyanı dəyişə bilərsiniz . Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir. Kartlar müştərilərə ilkin olaraq “Bütün ödənişlər” tarif paketi ilə təqdim edilir.
Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə müştəri "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərdən “Azercell” və ya “Miles” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.
Ay ərzində “Azercell” və ya “Miles” paketlərindən "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərinə keçid aldıqda, qazanılan ballar (millər) “Azercell” paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə, “Miles” paketi üzrə isə “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan ballar (millər) “Azercell” paketi üzrə “Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə” və ya “Miles” paketi üzrə “aviabilet”, “otel” və ya “rent a car” ödənişləri üzrə dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Keşbek paketinə transfer edilir. “Azercell” və “Miles” paketləri arası dəyəşəklik zamanı qazanılmış ballar (millər) olduğu kimi yeni paketə transfer edilir. “Miles” paketindən digər “Keşbek” paketlərinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərindən “Azercell” və ya “Miles”paketinə və əksinə keçid olan zaman, keçid olunacaq Keşbek paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan ballar (millər) yuxarıda qeyd olunan hesablamaya əsasən yeni Keşbek paketinə tranfer edilir. “Keşbek” paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar (millər) yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir. Kartın müddəti bitdikdə, “Keşbek” paketləri üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir. Ödənişlər zamanı əldə edilən ballar (millər) ödənişin geri qaytarılması əməliyyatı həyata keçirilən zaman ləğv edilir.
Keşbek hesablanması üçün Plastik kartları arasında dəyişmək imkanı:
Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir:
Keşbek bonuslarından istifadə müddəti:
Bonuslar müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyatlara görə silinmə növbəti ayın ilk 3 iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk 3 iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir. İlin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.
Kartmane xidmət haqqı tarifləri:
✔ Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır (Yalnız xidmət haqqı ödəyərək kart blokdan azad edilir). 6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir.
✔ Əmanət faizlərinin köçürülməsi məqsədilə açılan Kartmane kartı üçün, faizlər köçürülən dövründə komissiya tutulmur. Kart hesabı üzrə bu şərtlərdə əksini tapmayan məqamlar cari tarixə mövcud olan "Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə tarif cədvəli"nə əsasən tənzimlənəcək.
✔ Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.
Keşbek məlumatları
Terminallar ilə mədaxil ►