Əməliyyatı seçin
Aylıq ödəniş seçimi edən müştərilər üçün aylıq orta qalıq 10 000 AZN/USD/EUR və artıq olduqda və ya aylıq dövriyyə (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail dövriyyə nəzərə alınır) 1 200 AZN/USD/EUR və artıq olduğu halda həmin ay üzrə xidmət haqqı tutulmur.
Müqavilə tarixindən bir il bitdikdən sonra kartın hesabında qalıq 15 000AZN/USD/EUR və ya illik dövriyyə 15 000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.
Premium Kartmane Kredit sahibləri saxlanc seyflərindən 3 ay pulsuz istifadə edə bilər.
Rabitəbanka məxsus bütün kartlarda kart açılan zaman 3D xidməti avtomatik aktivləşir.
Bəli. Rabitəbanka məxsus kartdan xarici ölkə kartlarına card to card əməliyyatı mümkündür.
Rabita Mobile - da ( App) təhlükəsizlik bölməsinə daxil olaraq, PİN ayarları menyusundan istifadə edərək və ya bankımızın filial və şöbələrinə yaxınlaşaraq xidmətlərimizdən yararlana bilərsiniz.
Ölkə daxili istənilən ATM-də ayda 5 əməliyyat pulsuzdur. Əlavə nağlaşdırma mövcud tarif cədvəlinə uyğun olaraq hesablanır. Ətraflı məlumat: Tarif Cədvəli
Kart hesabına 15 000 AZN/USD/EUR minimal mədaxil etdikdə kart pulsuz verilir.
Visa İnfinite 299 AZN/170 USD/EUR və ya aylıq 29 AZN, 15 USD/EUR
Mastercard Black 199 AZN/120USD/EUR və ya aylıq 19 AZN, 12USD/EUR
Kartmane hesabı açılan zaman, həmçinin “Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), ilkin olaraq Müştəri hesaba ən azı 15 000 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur.
Kart itirildiyi halda yeni kartın alınması üçün xidmət haqqı ödənilməlidir.
Kartın müddəti: 60 ay
Nağd Əməliyyatlar | Nağdsız Əməliyyatlar | |
İllik faiz dərəcəsi | 25% (EUR və USD, 10%) | 25% (EUR və USD, 10%) |
Güzəşt Müddəti | Yoxdur | 100 günədək * |
Minimum Ödəmə | Kredit qalığının 5%-i həcmində | Kredit qalığının 5%-i həcmində |
Maksimum Ödəniş Tarixi | Hər ayın 1-dən 10-na kimi | Hər ayın 1-dən 10-na kimi |
Gecikmə Faizi |
Minimum ödəniş olunmazsa 36 %, (EUR və USD kartlarında 15%) |
Minimum ödəniş olunmazsa 25 % (EUR və USD kartlarında 10%), güzəşt müddəti bitdikdən sonra minimum ödəniş olunmazsa 36 % (EUR və USD kartlarında 15%) |
Overdrafta düşmüş məbləğə hesablanacaq illik faiz | 36% (EUR və USD, 20%) | 36% (EUR və USD, 20%) |
Xərcləmə Müddəti | Ay ərzində | Ay ərzində |
Hesab Kəsim Tarixi | Hər ayın son iş günü | Hər ayın son iş günü |
Son Ödəmə Tarixi | - | Növbəti 3-cü ayın 10-u |
Nağdlaşdırma Limiti | 100% | - |
Nağdlaşdırma Komissiyası | Maksimum 2% | - |
Kart Blok Olunma | Ardıcıl olaraq 2 dəfə minimum ödəniş olunmazsa kart blok olunur (qrafik üzrə borc ödənildikdə blokdan azad edilir) | Ardıcıl olaraq 2 dəfə minimum ödəniş olunmazsa kart blok olunur (qrafik üzrə borc ödənildikdə blokdan azad edilir) |
Müddətin Uzadılması |
Kredit xəttinin müddətinin bitməsinə 30 gün qalmış bank tərəfindən borcalanın maliyyə vəziyyəti yenidən təhlil olunur və bank öz mülahizəsinə əsasən istifadə müddətini növbəti 24 ay müddətində uzada bilər.
*Bank tərəfindən Kredit xəttinin istifadə müddəti uzadılmazsa qalıq borc məbləği avtomatik olaraq aşağıdakı kimi annuitet ödənişə bölünür və cari güzəşt müddəti ləğv edilir:
Bank, Kredit xəttinin müddətinin uzadılması və ya qalıq borc məbləğinin annuitet ödənişə bölünməsi barədə məlumatı Borcalanın Banka təqdim etdiyi mobil nömrəsinə sms göndərməklə bildirəcək. |