Kart növü və xidmət haqqı

Kartın Növü: VISA Rewards Kartmane, Mastercard World Kartmane

Kartın hazırlanması üzrə illik xidmət haqqı: 10 AZN | 6 USD/EUR

Kart itirildiyi halda yeni kartın alınması üçün xidmət haqqı ödənilməlidir.

Kartın əldə edilməsi

Bakı və Sumqayıt şəhər filialları üzrə minimal 500 AZN/USD/EUR, rayon filiallarında 200 AZN/USD/EUR ilkin mədaxil etdikdə kart pulsuzdur. Növbəti illər üzrə xidmət haqqı tutulan aydan öncəki 1 təqvim ayının hər günün sonu Kartmane hesabında qalıq minimal 500 AZN/USD/EUR və ya illik dövriyyə 3000 AZN/USD/EUR (hesaba mədaxil olan vəsaitlər nəzərə alınmır və nağdsız retail və e-com dövriyyə nəzərə alınır) və artıq olduğu halda növbəti il üzrə xidmət haqqı tutulmur.

“Online” sifariş olunan kartlar kassadan məxaric olunana qədər (müştəri kartı götürmədən öncə), Bakı və Sumqayıt şəhər filialları üzrə ilkin olaraq müştəri hesaba ən azı 500 AZN/USD/EUR, region filialları üzrə 200 AZN/USD/EUR mədaxil etdiyi halda, həmin Kartmane hesabı üzrə birinci il üçün illik xidmət haqqı tutulmur.

Hesablanan faiz dərəcələri

Kartmane debitdə vəsait qalığına hesablanan faiz dərəcəsi (illik): AZN 4% | USD 0.25% | EUR 0%

Hər kart üzrə faiz hesablanacaq minimal məbləğ: 100 AZN/USD

Hər kart üzrə faiz hesablanacaq maksimal məbləğ: 10 000 AZN/USD

Kapitallaşma: Gündəlik faizlərin hesablanması ilə aylıq kapitallaşma (hər ayın son təqvim günü).

Kart xidmətləri

Xarici valyutalarda edilən ödəmələrə görə konvertasiya komissiyası: 0.5%

SMS Xəbərdarlıq Xidməti: 1 AZN (aylıq)

PIN Change və PIN Erase Xidmətləri: Pulsuz

Kartmane Debit sahibləri saxlanc seyflərindən 1 ay pulsuz istifadə edə bilər.

Card to Card:

RB kartlarına - Pulsuz (MB APP, İB, BOT kanallar vasitəsilə)

RB kartlarına - 0.5 % min. 0.60 AZN/USD/EUR (ATM kanallar vasitəsilə)

Ölkə Daxili Digər Bankların kartlarına - 0,5% min. 0.60 AZN/USD/EUR (MB APP, İB, BOT,ATM kanallar vasitəsilə)

Vəsait Nağdlaşdırılması: Ölkə daxilində istənilən ATM-də nağdlaşdırma ayda 5 dəfə pulsuz

Keşbek 1 │ YDM & Restoranlar

(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 50 AZN.

Hesablanma qaydası: YDM 10% keşbek - Aylıq minimum 800 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir.

⇒ 800 AZN və daha çox dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 400 AZN-i cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır. YDM 5% keşbek - Aylıq minimum 250 AZN məbləğində ümumi kart dövriyyəsi edildiyi halda, həmin dövriyyənin YDM-də xərclənən məbləğlərə şamil edilir. 250-800 AZN arası dövriyyə edən müştərilər YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 50 AZN-i cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır. Restoranlar 5% Keşbek - aylıq min 800 AZN dövriyyə edildiyi halda, YDM-də qazanılan 10% keşbek məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən cashback 800 AZN və daha çox dövriyyə edən müştərilər üzrə YDM şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün əməliyyatlarının ən azı 450 AZN-i aşağıdakı cədvəldə qeyd olunan MCC-lər üzrə əməliyyatlardan istisna olmalıdır.

*Qeyd :

⇒ Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

⇒ 40 AZN - 50 AZN topladığı keşbek əldə etmək üçün həmin ay ərzində orta günlük qalıq (iş günün sayına nəzərən bir aylıq orta günlük qalıq) minimal 150 AZN olmalıdır. Əks halda topladığı keşbek 40 AZN olaraq hesablanır. "Bütün ödənişlər" (ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 200 AZN.

Keşbek 2 │ Bütün ödənişlər

(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 200 AZN.

Hesablanma qaydaları: YDM-lərdə edilən istənilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 1% keşbek hesablanır.

Sığorta ödənişlərinə 1,5 % keşbek hesablanır.

Digər əməliyyatlar üzrə edilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 2% keşbek hesablanır.

Notarius ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1,5 % keşbek hesablanır.

*Qeyd:

⇒ Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

Keşbek 3 │ Marketlər & Restoranlar

(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 50 AZN.

Market 2% - Aylıq min 300 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən keşbek.

300 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 50 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.

Market 5% - Aylıq min 600 AZN dövriyyə edildiyi halda Marketlərdə xərclənən məbləğlərə şamil edilən keşbek.

600 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 100 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, YDM və Market başqa yerlərdə olmalıdır.

Market 5% və Restoranlar 5 % - Aylıq min 800 AZN dövriyyə edildiyi halda, Marketlərdə qazanılan 5% keşbek məbləği ilə eyni zamanda, restoranlarda xərclənən məbləğlərə şamil edilən keşbek.

800 AZN və yuxarı dövriyyə edən müştərilər üzrə Market və Restoran şəbəkələrindəki xərcləmənin bonuslarını qazanmaq üçün minimum 150 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır. Premium kartlarda minimum 200 AZN məbləğində əməliyyatlar Dövriyyə üzrə istisnalar, Restoran, YDM və Market başqa yerlərdə olmalıdır.

*Qeyd : Dövriyyə üzrə tələblər - ATM Cash, POS Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi Cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

Keşbek 4 │ Azercell

(Ölkədaxili və ölkəxarici əməliyyatlar, AZN kartlar) maksimal aylıq keşbek məbləği 5 000 BAL.

Hesablanma qaydaları: YDM-lərdə edilən istənilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 1AZN=0,50 bal keşbek hesablanır.

Sığorta ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1 AZN=0.75 bal keşbek hesablanır.

Digər əməliyyatlar üzrə edilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 1AZN=1BAL keşbek hesablanır.

Notarius ödənişlərinə, minimum dövriyyə tələbi olmadan 1 AZN=0.75 bal keşbek hesablanır Azercell danışıq dəqiqələri və Azercell İnternet paketi aşağıdakı cədvəl üzrə hesablanacaq və 30 gün müddətinə yalnız ölkədaxili istifadə edilə bilər:

Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) Mobil tətbiq vasitəsi ilə müştəri "YDM&Restoranlar", "Bütün ödənişlər" və "Marketlər&Restoranlar" paketlərdən “Azercell” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür. Ay ərzində “Azercell” paketlərindən "YDM&Restoranlar", "Bütün ödənişlər" və "Marketlər&Restoranlar" paketlərinə keçid aldıqda, qazanılan ballar “Azercell” paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə dəyişilməlidir. Dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan keşbek paketinə transfer edilir “Azercell” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş keşbek faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanılır.

Dövriyyə üzrə istisnalar: ATM cash, Pos Cash və Card to Card ,kredit ödənişləri, nəqliyyat (hava nəqqliyyatı istisna), dövlət, rabitə və kommunal(mobil operatorlar daxil) , Quasi Cash ödənişlər. Digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. “Azercell” paketi istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar növbəti aylara keçirilir.

Keşbek 5 │ Miles

YDM-lərdə edilən istənilən bütün ödənişlərə minimum dövriyyə tələbi olmadan 1AZN=0,50 mil keşbek hesablanır.

Sığorta ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1 AZN=0.75 mil keşbek hesablanır.

Digər əməliyyatlar üzrə edilən bütün ödənişlərə, minimum dövriyyə tələbi olmadan 1AZN=1mil keşbek hesablanır.

Notarius ödənişlərinə minimum dövriyyə tələbi olmadan 1 AZN=0.75 mil keşbek hesablanır.

“Miles” paketi üzrə qazanılmış millər yığılmağa başladığı tarixindən 24 ay müddətində qüvvədədir. “Miles” paketi üzrə müvafiq xərcləmələr (aviabilet, otel və rent a car ödənişi) aparıldıqdan 30 gün müddətinə xərclənilən vəsaiti MİLLƏRƏ dəyişmək mümkündür. Milləri hər hansı ödəniş vasitəsinə (aviabilet, otel və rent a car ödənişi) dəyişmək üçün hesablama forması: 1AZN=50 MİL “Miles” paketinə keçid alındığı tarixdən ilk üç ay ərzində üç aydan yalnız biri üzrə 3000 AZN dövriyyə edilərsə müştəriyə 1500 mil hədiyyə edilir. “Miles” paketinin istifadəsi zamanı hədiyyə olaraq qazanılmış 1500 mil, qazanıldığı tarixdən etibarən 12 ay tamam olmadan “Miles” paketindən digər keşbek paketlərinə keçid edilən zaman müştərinin mil hesabındakı qalığından tam və ya qismən silinir. Müştərinin mil qalığında kifayət qədər mil olmadıqda, müştəridən əlavə haqq ve komissiya tutulmur.

*Qeyd: Dövriyyə üzrə tələblər - ATM cash, Pos Cash, Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna) rabitə, mərc oyunları, dövlət və kommunal ödənişləri, Quasi cash ödənişləri istisna olaraq, digər ödənişlər üzrə dövriyyə nəzərə alınır. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

Dövriyyə üzrə istisnaların MCC kodları

Kartdan karta: 4829,6536,6537,6538,6532
Dövlət: 9211, 9222, 9223, 9311, 9399, 9402, 9405
Nəqliyyat: 4011, 4111, 4112, 4119, 4121, 4131, 4214, 4215, 4225, 4411, 4457, 4468, 4784, 4789
Kommunal xidmətlər: 4900
Kabel/peyk: 4899, 4814, 4816
Quasi Cash: 6540, 6012, 6050, 6051
Mərc: 7995,7801
ATM/POS Cash: 6010, 6011
Asan: 1100

Dövriyyə üzrə MCC kodları

Kafe/restoranlar: 5811,5812,5813,5814,1339,1340,1341,1347, 1349,1399, 2002, 2340
YDM: 5542,5172,5983,5541,9752
Market/supermarket: 5411,5422,5441,5451,5462,5499,5921
Sığorta: 6211, 6300
Notarius: 8111

USD,EUR kartlar üzrə hesablanma qaydaları
  • Valyutası USD və EUR olan Kartmane Debit sahibləri Kartmane ilə etdikləri hər əməliyyatda 0,5% cashback qazanacaq. Kartmane Kredit (USD və EUR kartları) üçün maksimal aylıq cashback məbləği YOXDUR.
  • Xarici valyutada - USD və EUR - olan Kartmane Debit kartlarına bankın partnyor şəbəkəsində cashback hesablanmır.
  • **Qeyd - ATM Cash, POS Cash və Card to Card, kredit ödənişləri, nəqliyyat (hava nəqliyyatı istisna), rabitə, mərc oyunları, kommunal və dövlət ödənişləri və Quasi cash ödənişləri istisna olmaqla, bütün digər ödənişlər üzrə kartın valyutasına uyğun olaraq cashback mədaxil ediləcəkdir. Rabitəbankın Mobil app vasitəsi ilə aparılan əməliyyatlara görə Cashback hesablanmır.
Keşbek paketləri haqqında vacib qeydlər

Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" və "Azercell", "Miles" paketləri arasında istənilən istiqamətdə istənilən sayda opsiyanı dəyişə bilərsiniz . Ay ərzində edilən tarif paketi dəyişiklikləri növbəti aydan qüvvəyə minir. Qeyd edilən paketlər arasında ilk dəfə dəyişiklik edilən zaman tarif paketi dəyişiklikləri dərhal qüvvəyə minir. Kartlar müştərilərə ilkin olaraq “Bütün ödənişlər” tarif paketi ilə təqdim edilir.

  • Kartı istifadə etdiyiniz müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.
  • Hər növbəti dəfəyə görə 4,99 manat komissiya tədbiq edilir. (Ay ərzində tarif paketinin dəyişmə sayından asılı olmayaraq xidmət haqqı bir dəfə tutulur. Cari ayın əvvəlinə mövcud olan tarif paketi ilə növbəti aya keçid zamanı olan tarif paketi eyni qaldığı halda ay ərzində tarif dəyişikliyinə görə tutulan komissiya haqqı müştəriyə qaytarılır, 1-ci dəfə pulsuz dəyişmə imkanı limitindən istifadə edildikdə bərpa edilir. Hesabda kifayət qədər vəsait olmadıqda opsiyanın dəyişdirilməsi mümkün olmur)
  • Növbəti ay üzrə keşbek dövrü müştərinin təqvim ayına son aktiv olan opsiya ("YDM&Restoranlar" və ya "Bütün ödənişlər" və ya "Marketlər&Restoranlar" və ya "Azercell" və ya "Miles") ilə davam edir.
  • Ay (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) ərzində dəyişmə yalnız növbəti dövrə aid olur.
  • Keşbek bonusları ayın son iş günü hesablanaraq növbəti aydan, lakin istənilən halda ayın 5-dən gec olmamaq şərtilə, bonus hesabına otuzdurulacaq.
  • Mövcud keşbek paketindən digər keşbek paketinə keçid edərkən cari ay ərzində toplanılan ballar keçid olan (yeni seçdiyiniz ) keşbek növünə uyğun hesablanır. Yeni keşbek paketinin şərtlərinə uyğun olmayan mövcüd ballar sıfırlanır.

Ay ərzində (cari ayın 5-dən növbəti ayın 5-dək olmaqla) mobil tətbiq vasitəsi ilə müştəri "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərdən “Azercell” və ya “Miles” paketinə keçid aldıqda, qazanılan ballar AZN kart hesabına məbləğ olaraq avtomatik köçürülür.

Ay ərzində “Azercell” və ya “Miles” paketlərindən "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərinə keçid aldıqda, qazanılan ballar (millər) “Azercell” paketi üzrə Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə, “Miles” paketi üzrə isə “aviabilet”, “otel” və “rent a car” ödənişi edilərək dəyişilməlidir. Qazanılan ballar (millər) “Azercell” paketi üzrə “Azercell danışıq dəqiqələrinə/Azercell İnternet paketinə” və ya “Miles” paketi üzrə “aviabilet”, “otel” və ya “rent a car” ödənişləri üzrə dəyişdirilmədiyi halda 1/50 nisbətində keçid olunan Keşbek paketinə transfer edilir. “Azercell” və “Miles” paketləri arası dəyəşəklik zamanı qazanılmış ballar (millər) olduğu kimi yeni paketə transfer edilir. “Miles”  paketindən digər “Keşbek” paketlərinə keçid alınan zaman qazanılmış millərin transferi zamanı, aylar üzrə ayrılıqda 5000 mil üzərində qazanılmış bonuslar (yalnız bankın təqdim etdiyi) ləğv edilir. "YDM&Restoranlar", "Bütün ödənişlər", "Marketlər&Restoranlar" paketlərindən “Azercell” və ya “Miles”paketinə və əksinə keçid olan zaman, keçid olunacaq Keşbek paketi qüvvəyə minənədək hesablanacaq və qalıq olaraq qalan ballar (millər) yuxarıda qeyd olunan hesablamaya əsasən yeni Keşbek paketinə tranfer edilir. “Keşbek” paketləri istifadəsi zamanı ay ərzində istifadə edilməmiş ballar (millər) yaxud istifadə edildikdən sonra qalıq olaraq qalan ballar (millər) növbəti aylara keçirilir. Kartın müddəti bitdikdə, “Keşbek” paketləri üzrə hesablanmış ballar (millər) kart müddəti uzadılmadıqda ləğv edilir. Ödənişlər zamanı əldə edilən ballar (millər) ödənişin geri qaytarılması əməliyyatı həyata keçirilən zaman ləğv edilir.

Keşbek hesablanması üçün Plastik kartları arasında dəyişmək imkanı:

  • 01.05.2022-ci il tarixindən etibarən yalnız ilk sifariş edilən (işlək) karta keşbek hesablanır.
  • 01.05.2022-ci il tarixdən etibarən mövcud və yeni AZN valyutası ilə əldə edilmiş 2 və daha artıq sayda MC World/Visa Rewards (yaşıl-debit) plastik kartlarına keşbek hesabalanmayacaq.
  • 01.05.2022-ci il tarixindən etibarən 2 və daha artıq sayda MC World/Visa Rewards (yaşıl) debit plastik kartlarına keşbek hesabalanması müştəri seçiminə əsasən müəyyən etdiyi yalnız 1 (bir) karta hesablanacaq (Bu qayda mövcud olan və yeni AZN valyutası ilə əldə edilmiş kartlara aid edilir).
  • Ay ərzində (cari ayın 1-dən 31-dək olmaqla) Məlumat mərkəzi vasitəsi ilə müştərinin seçiminə əsasən bir kartdan digər kartlar arasında bir dəfə keşbek hesabalanmasını dəyişə bilər.

Ay ərzində edilən dəyişikliklər növbəti aydan qüvvəyə minir:

  • Kartı istifadə etdiyi müddətdə 1-ci dəfə pulsuz dəyişib seçim etmə imkanı.
  • Hər növbəti dəfəyə görə 5 manat komissiya tədbiq edilir. (Hesabda kifayət qədər vəsait olmadıqda kartın dəyişdirilməsi mümkün olmur).
  • Ay ərzində dəyişmə yalnız növbəti dövrə (ayın 1-dən) aid olur.

Keşbek bonuslarından istifadə müddəti:

Bonuslar müştəri tərəfindən müvafiq bonusun hesablanması üçün əsas olan əməliyyatın həyata keçirildiyi tarixdən deyil, müvafiq əməliyyatın bankın daxili sistemində əks etdirildiyi tarixdən hesablanmağa başlayır. Əgər cari ay üzrə aparılan əməliyatlara görə silinmə növbəti ayın ilk 3 iş günü ərzində həyata keçiriləcəksə, bu halda bonuslar cari ay üzrə hesablanacaqdır. Cari ay üzrə silinmə növbəti ayın ilk 3 iş günündən sonra daxil olduqda bonuslar növbəti ay üzrə hesablanacaq. Hər hansı bir səbəbdən dayandırılmış, başa çatmamış və ya ləğv edilmiş əməliyyatlar üzrə bonus hesablanmır və hesablanmış bonuslar ləğv edilir. İlin son gününə (31 dekabr günün sonuna qədər) qədər toplanan bonuslar növbəti ilin 1 mart tarixində günün sonuna qədər istifadə edilmədikdə sıfırlanır.

Kartmane xidmət haqqı tarifləri:

✔ Kart üzrə hər növbəti ilin xidmət haqqı kartın qalıq məbləğindən bank tərəfindən birtərəfli qaydada tutulur. Hesablanmış bonuslar kart üzrə xidmət haqqının ödənilməsinə Bank tərəfindən birtərəfli qaydada yönəldilə bilər. Hər növbəti ildə xidmət haqqı 3 ay ərzində ödənilmədiyi təqdirdə kart bloklaşdırılır (Yalnız xidmət haqqı ödəyərək kart blokdan azad edilir).  6 ay ərzində xidmət haqqı ödənilməyən kartlar bağlanaraq ləğv edilir.

✔ Əmanət faizlərinin köçürülməsi məqsədilə açılan Kartmane kartı üçün, faizlər köçürülən dövründə komissiya tutulmur. Kart hesabı üzrə bu şərtlərdə əksini tapmayan məqamlar cari tarixə mövcud olan "Ödəniş kartları ilə əməliyyatların aparılması üzrə tarif cədvəli"nə əsasən tənzimlənəcək.

✔ Müştəri bankın müvafiq filialına/şöbəsinə yaxınlaşmaqla, Bank təklif etdiyi halda isə təklif olunan rəqəmsal bankçılıq xidmətindən istifadə etməklə Banka müraciət edərək Kartmane hesabı üzrə faizlərin hesablanmasını dayandıra və eyni üsulla faizlərin hesablanmasını yenidən bərpa edə bilər.