Təmassız ödənişlər indi Rabitəbank-da!

Rabitəbank daha rahat və sürətli ödənişlərin tətbiqinə başlayıb.

NFC

NFC - Təmassız ödəniş nədir?

Rabitəbank daha rahat və sürətli ödənişlərin tətbiqinə başlayıb. Artıq Bankın Visa kartına sahib müştəriləri alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər.

Bunun üçün Rabitəbank müştərisinə NFC dəstəkləyən Android platformalı smartfon və Rabita Mobile-da qeydiyyatdan keçirilmiş hər hansı Rabitəbank Visa kartı lazım olacaq. Ödəniş üçün Rabita Mobile tətbiqinə daxil olmağa ehtiyac yoxdur, sadəcə smartfonun ekran kilidini açmaq və smartfonu POS-terminala yaxınlaşdırmaq kifayətdir.

NFC - Təmassız ödəniş nədir?

NFC - Təmassız texnologiyasının üstünlükləri nələrdir?

Smartfon vasitəsilə ödənişlər sürətli və ani həyata keçirilir, nəticədə kassada daha az vaxt sərf edilir. Pulqabında çoxlu kart saxlamağa və ödəniş zamanı müvafiq kartı və ya nağd pul axtarmağa ehtiyac qalmır. Smartfon həmişə əl altında olur.

Bundan başqa NFC ödəniş üçün bir deyil, bir neçə Visa kartınızdan istifadə edə bilərsiniz. Sadəcə tənzimləmələrdə NFC ödəniş üçün hansı kartın işlədilməsini seçmək lazımdır. Ödəniş təmassız qaydada həyata keçirildiyindən xüsusən hələ də aktuallığını qoruyan pandemiya şəraitində təhlükəsizlik qaydalarına riayət olunur.

NFC - Təmassız texnologiyasının üstünlükləri nələrdir?
İnnovativ və təmassız ödəniş sistemi Rabita Mobile-da! İnnovativ və təmassız ödəniş sistemi Rabita Mobile-da!
```