"Rabitəbank" ASC Bakı və Region filialları üzrə mikro kredit sahəsi üzrə təcrübə proqramı elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
İş təcrübəsi tələb olunmur! Vakansiyalar Gəncə, Qusar, Şəmkir, Sumqayıt, Xaçmaz və Bakı filialları üçün nəzərdə tutulur.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin axtarışı;
- Müştərilərin və tələb olunduğu halda zaminlərin biznes fəaliyyətini təhlil etmək;
- Qayda və prosedurlara əsasən tərtib edilmiş sənədləri təstiqə təqdim etmək;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
- Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mikro Kredit təcrübəçisi” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
- E-mail: career@rabitabank.com
- Telefon: (012) 598 44 88
- Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33