Digər vakansiyalar

Bakı və Region filiallarına Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı mütəxəssis /Baş mütəxəssis və Ekspert

  • Region Bakı
  • Filial Baş Ofis
  • Departament Mikro kreditlər

"Rabitabank" ASC Bakı və Region filiallarına Mikro kreditlər üzrə Mütəxəssis/ Aparıcı mütəxəssis /Baş mütəxəssis və Ekspert vəzifələri üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

  • Aktiv marketinq təbliğatının aparılması və potensial biznes müştərilərinin banka cəlb edilməsi;
  • Bank daxili qayda və prosedurlara əsasən müştərilərin maliyyə vəziyyətini təhlil etmək;
  • Müştəri sənədlərinin və hesabatlarının hazırlanması və Kredit Komitələrinə təqdim etmək;
  • Keyfiyyətli kredit portfeli formalaşdırmaq, müştərilərlə sağlam və uzunmüddətli əməkdaşalığı təmin etmək;
  • Yeni kredit məhsulları və onların satış metodları ilə bağlı təkliflər vermək.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə azı 2 il iş təcrübəsi;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Təşəbbüskarlıq və yenilikləri öyrənmə qabiliyyəti;
  • Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin və filialın adı email-in mövzu hissəsində " Filialın adı / Mikro kreditlər üzrə Mütəxəssis/ Aparıcı mütəxəssis /Baş mütəxəssis və Ekspert" göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

  • E-mail: career@rabitabank.com 
  • Telefon: (012) 598 44 88, 
  • Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Müraciət edin

Bakı və Region filiallarına Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı mütəxəssis /Baş mütəxəssis və Ekspert

pdf, doc, docx, jpeg, png